SON DƏQİQƏ

naxcivanxeberleri.com

İlin ikinci Ay tutulması başlayıb

İlin ikinci Ay tutulması başlayıb
5-06-2020, 22:53

2020-ci ilin ikinci Ay tutulması hadisəsi davam edir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, təbiət hadisəsi Bakı vaxtı ilə saat 21:46-da başlayıb və saat 01:04-də sona çatacaq.

Tutulmanın maksimumu saat 23:26-da olacaq.

Bununla da 2020-ci ilin ikinci Ay tutulması hadisə iyun ayının 5-dən 6-sına keçən gecəni əhatə edəcək. Bu, yarımkölgəli Ay tutulmasıdır.

Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq. Adi gözlə müşahidəsi mümkün olmayacaq, yalnız xüsusi cihazlar vasitəsi ilə prosesi müşahidə etmək olur. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.

Qeyd edək ki, ilin ilk Ay tutulması yanvarın 10-dan 11-nə keçən gecə Bakı vaxı ilə saat 21:08-dən 01:12-dək davam etmişdi.

Bu il daha iki Ay tutulması hadisəsinin baş verəcəyi gözlənilir. 3-cü Ay tutulması iyulun 5-də, 4-cü Ay tutulması hadisəsi isə noyabrın 30-da baş verəcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031