SON DƏQQƏ

naxcivanxeberleri.com

Onlayn açıq dərs keçirilib-FOTO

Onlayn açıq dərs keçirilib-FOTO
5-06-2020, 18:52

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin "Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında" sərəncamına uyğun olaraq  04 iyun 2020-ci il tarixində Naxçıvan Müəllimlər İnstitutu və Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq kitabxanasının birgə təşkilatçılığı ilə onlayn açıq dərs keçirilmişdir.

 

İnstitutun mətbuat xidmətidən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq kitabxanasının direktoru Kəmaləddin Axundov tədbiri giriş sözü ilə açaraq Muxtar Respublikamızda tələbə-gənclərin inkişafı üçün yaradılmış şəraitdən və həyata keçirilmiş tədbirlərdən  danışmışdır. Qeyd etmişdir ki, Naxçıvan Müəllimlər İnstitutunun  “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə tələbələri Naxçıvan Muxtar Respublika Mədəniyyət Nazirliyinin hamiliyinə verilməsi tələbələrin praktik istiqamətdə formalaşması üçün geniş imkanlar yaratmışdır.

 Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq kitabxanasının  Kitabişləmə və kataloklaşdırma şöbəsinin müdiri Nüşabə Seyidova “Çap əsərlərinin uçota alınması və onlara biblioqrafik təsvirin verilməsi” mövzusunda açıq dərs aparmışdır. Açıq dərs “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə tələbələrinin fəallığı ilə davam etmiş və onları maraqlandıran suallar cavablandırılmışdır.

Açıq dərsdə Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsinin dekanı dosent Rövşən Vəliyev çıxış edərək bildirmişdir ki, “Kitabxanaçılıq və informasiya” ixtisasında oxuyan tələbələrin təcrübi bacarıqlarının artırılmasında açıq dərslərin və ustad dərslərin keçirilməsi, hami təşkilatlarla qurulan əlaqələrin tələbələrin peşəkarlıqlarının artırılmasında hər zaman olduğu kimi bundan sonra da əhəmiyyətli vasitə olacaqdır.

Onlayn açıq dərs keçirilib-FOTOOnlayn açıq dərs keçirilib-FOTO
Onlayn açıq dərs keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930