SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvanda gənc rəssamlar üçün onlayn seminar təşkil olunub

Naxçıvanda gənc rəssamlar üçün onlayn seminar təşkil olunub
5-06-2020, 17:21

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin təsviri incəsənət və rəngkarlıq ixtisası tələbələri üçün onlayn seminar təşkil olunub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, seminarda universitetin İncəsənət fakültəsinin dekanı, Əməkdar rəssam Cavid İsmayılov çıxış edərək keçirilən tədbirlərin önəmini qeyd edib, rəssam və tələbələrin gələcək təcrübələrinin möhkəmlənməsində birgə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Azərbaycan Respublikasının Əməkdar rəssamı, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva tələbələrin suallarını cavablandırıb.

Tədbirdə gələcəkdə tələbələrin fərdi sərgilərinin təşkili və Azərbaycanın tanınmış rəssamlarının əsərləri ilə birgə sərgilənməsi, çəkdikləri rəsm əsərlərinin kataloqlarda çap olunması ilə bağlı müzakirələr aparılıb.

Seminarda müəllif və tələbələrin sualları cavablandırılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930