SON DƏQİQƏ

naxcivanxeberleri.com

Babək rayon İcra Hakimiyyətində maarifləndirici tədbir keçirilib-FOTO

Babək rayon İcra Hakimiyyətində maarifləndirici tədbir  keçirilib-FOTO
20-02-2019, 16:18

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və Babək rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Babək rayon İcra Hakimiyyətində kənd icra nümayəndələri, bələdiyyələr, Qaz İstismar İdarəsinin və Elektrik Şəbəkəsinin müvafiq vəzifəli şəxslərinin iştirakı ilə kənd yaşayış məntəqələrində qış mövsümü dövründə qaz cihazlarından istifadə zamanı texniki və yanğın təhlükəsizlik qaydalarına əməl olunması və dəm qazından zəhərlənmə hallarının qarşısının alınması istiqamətində görülən profilaktiki tədbirlər mövzusunda maarifləndirici tədbir keçirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə Babək rayon İcra Hakimiyyətinin şöbə müdiri Tural Seyidov açaraq bildirmişdir ki, icra başçısının müvafiq sərəncamına əsasən adiyyəti dövlət qurumlarının iştirakı ilə rayonun kənd yaşayış məntəqələrində qaz və elektrik cihazlarından istifadəsi ilə bağlı reyd yoxlamaları keçirilib.
Reydlər zamanı vətəndaşlarla qaz və elektrik qızdırıcı cihazlarından istifadəsi zamanı yanğın təhlükəsizliyi qaydalarına dair maarifləndirici söhbətlər aparılmış və aşkar olunmuş nöqsanların müvafiq dövlət qurumları ilə birgə aradan qaldırılmasını vurğulanıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin rəisi daxili xidmət mayoru Mirtaleh Seyidov çıxış edərək iştirakçılara qış mövsümü dövründə yaşayış evlərində məişət qaz cihazlarından, sobalarından və suqızdırıcılarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması, həmçinin ictimai yaşayış binalarının, idarə, müəssisə və təşkilatların qazanxanalarında texniki və yanğın təhlükəsizliyi qaydalarına əməl olunması və qazanxanalarda işləyən mövsümü işçilərin peşə məktəblərində kurs keçmələri üçün görülmüş işlər haqqında ətraflı məlumat verib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Babək rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin Dövlət Yanğın Nəzarəti Bölməsinin rəisi daxili xidmət mayoru Azər Zeynalov çıxış edərək iştirakçılara rayonun yaşayış məntəqələrində qış mövsümü dövründə qaz və elektrik qızdırıcı cihazlarından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi, dəm qazından zəhərlənmə hallarının qarşısının alınması və vətəndaşların bu istiqamətdə maarifləndirilməsi məqsədilə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.
Sonra Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək rayon polis şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi polis polkovnik-leytenantı Tağı Kazımov qış mövsümü dövründə rayonun polis şöbəsinin və Babək rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin əməkdaşları ilə birgə reydlər zamanı rayonun yaşayış məntəqələrində qaz və elektrik təsərrüfatından istifadə ilə bağlı görülmüş tədbirlər həmçinin təbii qaz və elektrik enerjisindən qeyri-qanuni istifadə hallarına yol verilməməsi məqsədilə ətraflı məlumatlar verib.
Babək rayon Qaz İstismar İdarəsinin baş mühəndisi Arif Əliyev çıxışında 2018-2019-cu ilin payız qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər, həmçinin rayon ərazisində təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı kənd yaşayış məntəqələrində vətəndaşların maarifləndirilməsi sahəsində görülmüş işlər haqqında məlumat veriblər.
Tədbirdə iştirakçılar tərəfindən verilən suallara aydınlıq gətirilərək cavablandırılıb.
Tədbirə Babək rayon İcra Hakimiyyətinin şöbə müdiri Tural Seyidov yekun vuraraq rayonun yaşayış məntəqələrində qış mövsümü dövründə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması, sakinlərin bu istiqamətdə maarifləndirilməsi üçün kənd icra nümayəndələrinə və digər vəzifəli şəxslərə tapşırıq və tövsiyələrini verib.

Babək rayon İcra Hakimiyyətində maarifləndirici tədbir  keçirilib-FOTOBabək rayon İcra Hakimiyyətində maarifləndirici tədbir  keçirilib-FOTO
Babək rayon İcra Hakimiyyətində maarifləndirici tədbir  keçirilib-FOTO

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30