SON DƏQQƏ

naxcivanxeberleri.com

Sədərək , Kəngərli və Şahbuz rayonlarında növbəti əmək yarmarkası keçirilib

Sədərək , Kəngərli və Şahbuz rayonlarında növbəti əmək yarmarkası keçirilib
5-06-2020, 09:41

 

Muxtar respublikada işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin olunması sahəsində həyata keçirilən mühüm tədbirlərdən biri də, əmək yarmarkalarının təşkil olunmasıdır.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bununla əlaqədar olaraq, Sədərək, Kəngərli və Şahbuz rayonlarında təşkil olunmuş əmək yarmarkalarında Məşğulluq Mərkəzlərinin əməkdaşları çıxış edərək bildirmişlər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “2016-2020-ci illər sərəncamı ilə təsdiq olunmuş  Naxçıvan  Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq  həyata keçirilən tədbirlər muxtar respublikada yeni iş yerlərinin açılmasına, əmək ehtiyatlarının iqtisadi fəallığının yüksəldilməsinə öz töhfəsini verir.

2018-ci ilin  oktyabr ayında Sədərək, Kəngərli və Şahbuz rayonlarında keçirilmiş əmək yarmarkalarında  32 idarə, müəssisə və  təşkilatdan, o cümlədən 11-i özəl  sektor olmaqla, 350 boş iş yeri  təqdim edilmişdir. Təqdim olunmuş boş iş yerlərindən 124-ü fəhlə, 226-sı qulluqçu sahələrinə aid olmuşdur. Boş iş yerlərindən 294-ü dövlət, 56-sı  qeyri-dövlət müəssisələrində olmuşdur. Keçirilmiş əmək yarmarkalarında  49 nəfərə, о cümlədən 25- i dövlət, 24-ü isə özəl sahədə işə  göndəriş verilmişdir.

Sədərək rayonunda təşkil olunan əmək yarmakasına 6 dövlət müəssisəsindən 84 və 1 qeyri- dövlət müəssisəsindən  14 boş iş yeri olmaqla, ümumilikdə  7 müəssisədən 98 boş iş yeri çıxarılmış və 11 nəfərə işə göndəriş verilmişdir.

Kəngərli rayonunda təşkil olunan əmək yamarkasında isə 10 dövlət müəssisəsindən 126 və  6 qeyri- dövlət müəssisəsindən  11 boş iş yeri olmaqla, ümumilikdə 16  müəssisədən 137 boş iş yeri çıxarılmış, 23 nəfərə işə göndəriş verilmişdir. Göndəriş alan vətəndaşlardan 4 nəfəri ünvanlı sosial yardım almaq üçün müraciət etmişdir. Yarmarkada iştirak edən 1 nəfər peşə hazırlığı kursuna göndərilmişdir. İşə göndəriş alanlardan  2 nəfəri  kənd xidmət mərkəzləri üzrə olmuşdur.

Şahbuz rayonunda təşkil olunan əmək yarmarkasında 16 dövlət müəssisəsindən 84 boş iş yeri, 4 qeyri- dövlət müəssisəsindən  31 boş iş yeri olmaqla, ümumilikdə 20  müəssisədən 115 boş iş yeri çıxarılmış, 15 nəfərə işə göndəriş verilmişdir.

Qeyd edək ki, növbəti əmək yarmarkası 15 oktyabr 2018-ci il tarixdə Culfa rayonunda təşkil olunacaqdır.

 Sədərək , Kəngərli və Şahbuz rayonlarında növbəti əmək yarmarkası keçirilib

Sədərək , Kəngərli və Şahbuz rayonlarında növbəti əmək yarmarkası keçirilib

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930