SON DƏQQƏ

naxcivanxeberleri.com

Muxtar respubilkada aqrar sahənin inkişafı diqqətdə saxlanılır

Muxtar respubilkada aqrar sahənin inkişafı diqqətdə saxlanılır
5-06-2020, 02:14

Ümumilikdə, muxtar respublika üzrə 475 hektar yonca sahəsində fitonomus zərərvericisinə, 966 hektar taxıl və cavan meyvə bağlarında siçan və siçanabənzər gəmiricilərə, 66 hektar kartof sahəsində kolorado kartof böcəyinə, 7321 hektar taxıl sahəsində alaq otlarına, eləcə də 16 hektarsahəni əhatə edən bəzək bitkilərinin zərərverici və xəstəliklərinə qarşı kimyəvi mübarizə aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, taxıl biçini kampaniyasına hazırlıqla bağlı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri ilə birlikdə muxtar respublikanın rayonlarında taxılbiçən kombayn sahibkarları ilə fərdi qaydada söhbətlər aparılmış, biçində iştirak edəcək kombaynların texniki vəziyyəti və sayı müəyyən edilmişdir.

“Araz” Elm-İstehsalat Birliyinin Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri şöbəsinin əməkdaşları tərəfindən torpaq mülkiyyətçiləri və ailə təsərrüfatı başçılarının gətirdikləri torpaq nümunələri analiz olunaraq tərkibindəki qida maddələrinin miqdarı barədə məlumatların verilməsi işləri davam etdirilmişdir.

Toxumçuluq və bitkilərin mühafizəsi idarəsinə müraciət edən 91 ailə təsərrüfatı başçısı və fermerlərin istixana təsərrüfatlarına, meyvə və üzüm bağlarına baxış keçirilmiş, tələb olunan mübarizə tədbirləri haqqında məsləhət və tövsiyələr verilmişdir. Toxumçuluq təsərrüfatları və fermerlər tərəfindən laboratoriyaya gətirilən toxumlar analizdən keçirilmiş və nəticələrlə bağlı analiz aktı təqdim olunmuşdur. “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın və “Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı ilə bağlı tədbirlər planı”nın müvafiq bəndlərinin icrası ilə əlaqədar maarifləndirici tədbirlər həyata keçirilmişdir. “Naxçıvan Muxtar Respublikasında damazlıq heyvandarlığın inkişafının əsasları” adlı kitab və bütün rayonların yaşayış məntəqələri üzrə “Heyvan cinslərinin rayonlaşdırılmasının atlası” hazırlanmışdır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930