SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycanda koronavirusa daha 262 nəfər yoluxub, 72 nəfər sağalıb-Operativ Qərargah

Azərbaycanda koronavirusa daha 262 nəfər yoluxub, 72 nəfər sağalıb-Operativ Qərargah
4-06-2020, 17:19

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 262 yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1960 və 1963-cü il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 6522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3737 nəfər müalicə olunaraq sağalıb, 78 nəfər vəfat edib, 2707 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 64 nəfərin vəziyyəti ağır, 75 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 322.574 test aparılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930