SON DƏQQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada fövqəladə hallara hazırlıq tədbirləri davam edir

Muxtar respublikada fövqəladə hallara hazırlıq tədbirləri davam edir
4-06-2020, 15:00

Muхtаr rеspublikаdа əhаlinin və ərаzilərin fövqəlаdə hаllаrdаn qоrunmаsı, fövqəlаdə hаllаrın qаrşısının аlınmаsı və nəticələrinin аrаdаn qаldırılmаsı ilə bağlı qаrşıyа qоyulmuş vəzifələrin icrası may ayında da davam etdirilmişdir. Fövqəladə hallar zamanı fəaliyyəti zəruri olan 40 müəssisə və təşkilatın fövqəladə hallara hazırlığı yoxlanılmış, aşkar olunan çatışmazlıqların aradan qaldırılması üzrə müvafiq tədbirlər həyata keçirilmişdir.

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Babək rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsində kompleks yoxlama, Ordubad və Şahbuz rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələrində taktiki-xüsusi təlim, Kəngərli, Culfa və Sədərək rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələrində, eləcə də Mülki müdafiə alayı və Xüsusi Riskli Xilasetmə Xidmətində gündəlik həyat və fəaliyyətin təmin edilməsi mövzusunda nümunəvi məşğələlər keçirilmişdir. Avtomobil və xüsusi təyinatlı nəqliyyat vasitələrinin yaz-yay mövsümü istismarı şəraitinə keçidi ilə əlaqədar Mülki müdаfiə аlаyının bazasında nümunəvi məşğələ keçirilmiş, təyin olunmuş müddətdə texnikalara qulluq göstərilmişdir.

 

“Naxçıvan Hərbi Qarnizonu qoşunlarının qarşılıqlı fəaliyyətinin təşkilinə dair Tədbirlər Planı”nın icrası təmin edilərək Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində 8 müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun ixtisasartırma kurslarına cəlb olunmuşdur.

 

Çimərlik mövsümünə hazırlıqla əlaqədar Uzunoba çimərliyində təmizlik işlərinin aparılmasına Nazirliyin struktur qurumlarının şəxsi heyəti cəlb edilmişdir. 

 

Muxtar respublikada pandemiya ilə mübarizə sahəsində görülən işlərlə bağlı keçirilmiş tədbirdə qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə tədbirlər planı hazırlanmışdır. Fövqəladə halların və digər xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə 8 təhlükə pоtеnsiallı оbyеktdə texniki təhlükəsizliyə əməl olunması yоxlanılmış, aşkar edilmiş tеxniki təhlükəsizlik qaydalarının pоzulması halları aradan qaldırılmışdır. “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni açılacaq şaxtasında texniki təhlükəsizlik tələblərinin həyata keçirilməsinə nəzarət edilmişdir.

 

Hesabat dövründə muxtar respublikada mülki müdafiə işinin təşkili diqqətdə saxlanılmışdır. Şərur, Culfa, Ordubad rayonlarında və Mədəniyyət Nazirliyində mülki müdafiə sahəsində, habelə Naxçıvan Günəş Elektrik Stansiyasında və ərzaq anbarlarında fövqəladə hallara hazırlıqla bağlı keçirilmiş yoxlamalar zamanı aşkar olunmuş nöqsanlar aradan qaldırılmışdır. 4 rayonda 40 ictimai yaşayış binasının mülki müdafiə təyinatlı zirzəmisinin vəziyyəti yoxlanılmış, 2 müəssisənin inzibati binasının zirzəmisinin pasportu hazırlanmış, 4 tibb müəssisəsində radiasiya təhlükəsizliyinin vəziyyəti yoxlanılmış və  1 tibb müəssisəsinə radioloji-gigiyenik pasport verilmişdir.

 

Muxtar respublikada yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə 178 obyektdə diqqətli, 206 obyektdə nəzəri və 47 obyektdə məqsədli yanğın-texniki müayinələr aparılmışdır. Yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə 4 min 896 yaşayış evinə baxış keçirilərək                     54 elektrik və 89 şlanqla çəkilmiş qaz xəttinin yeri dəyişdirilmişdir. Qazla işləyən 4 nasaz suqızdırıcısının və 120 tezqatlanan tüstü borusunun istismarı dayandırılmışdır. Daşınmaz əmlakın icbari sığortası ilə bağlı müəssisə və təşkilatlarda izahat işləri aparılaraq 53 obyektdə icbari sığorta müqaviləsinin bağlanılması təmin edilmişdir.

 

Ot-taxıl biçini kompaniyasına hazırlıq dövründə "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və onun rayon  bazalarının nümayəndələri ilə birgə biçinə cəlb olunan kombaynlarda və digər kənd təsərrüfatı texnikalarında yanğın-texniki müayinələr aparılmışdır.

 

Muxtar respublikada tikintisi başa çatdırılmış 8 obyektin istismara hazırlığı yoxlanılaraq “İstismara hazırlıq aktı” tərtib olunmuş, 15 obyektdə işlərin norma və qaydalara uyğun aparılmasına nəzarət edilmişdir. 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930