SON DƏQQƏ

naxcivanxeberleri.com

İbrahim Məmmədov: Cümə günü axşamdan bazar ertəsinə qədər hərəkət və iş rejimləri məhdudlaşdırıla bilər

İbrahim Məmmədov: Cümə günü axşamdan bazar ertəsinə qədər hərəkət və iş rejimləri məhdudlaşdırıla bilər
3-06-2020, 19:26

Son günlər ölkədə koronavirusa yoluxmanın dərəcəsi artır. Ona görə də karantin rejiminin yenidən sərtləşdirilməsi məsələsi müzakirə edilir.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, yoluxma ilə sağalma arasında fərq böyükdür. Bu, yeni bir situasiya yaradıb. Əsas səbəb karantin qaydalarına əməl edilməməsidir. Bu barədə Koronavirusinfo.az saytına vətəndaşlar tərəfindən şəkillər göndərilir:

"Buna görə də karantin qaydalarının yumşaldılmasının dayandırılması və karantin qaydalarının yenidən sərtləşdirilməsi məsələsi müzakirə edilir. Aidiyyəti qurumlar qərargaha müraciət ediblər.

Cümə günü axşamdan bazar ertəsinə qədər hərəkət və iş rejimləri məhdudlaşdırıla bilər. Mağazalar da bağlana bilər. Bununla bağlı sabah Baş nazirin çıxışı olacaq və bundan sonra təfərrüatlar barədə məlumat veriləcək".

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930