SON DƏQQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada 1377 vergiödəyicisinə dövlət maliyyə dəstəyi göstərilib

Muxtar respublikada 1377 vergiödəyicisinə dövlət maliyyə dəstəyi göstərilib
3-06-2020, 17:12

Muxtar respublikada pandemiyadan zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam edir.

 

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına əsasən, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 02 iyun 2020-ci il tarixə muxtar respublikada pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 1377 vergiödəyicisinə 1 milyon 909 min 790 manat məbləğində vəsait həmin sahibkarların  bank hesablarına köçürülüb.

Maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (vergi.nakhchivan.az) elektron kabinetlərinə göndəriləcəkdir. Yaranan suallarla bağlı vergiödəyiciləri Dövlət Vergi Xidmətinin  uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər.

Maliyyə dəstəyi almış vergiödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı vergi.nakhchivan.az internet səhifəsində yerləşdirilir.

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930