SON DƏQQƏ

naxcivanxeberleri.com

Ordubad rayonu ərazisində bitən dərman bitkiləri

Ordubad rayonu ərazisində bitən dərman bitkiləri
3-06-2020, 15:30

Naxçıvan Muxtar Respublikası flora biomüxtəlifliyi baxımından çox zəngindir. Naxçıvanda əlverişli relyef şəraiti, özünəməxsus torpaq-iqlim xüsusiyyətləri, günəşli günlərin çoxluğu burada zəngin floraya malik bitki örtüyü formalaşdırmışdır. Ərazidə 27 faydalı bitki qrupları - yem, bal, qida, aşı maddəli, boyaq əhəmiyyətli, kosmetik, vitaminli, dərman, efir yağlı və s. bitki qrupları mövcuddur. Onlardan 150-si müxtəlif illərdə Dövlət Farmakopediyasına daxil edilmiş rəsmi dərman bitkiləridir. Regionda geniş yayılmış sənaye əhəmiyyətli, təbii ehtiyatı bol olan dərman bitkiləri çoxdur. Dərman bitkiləri müxtəlif xəstəliklərin müalicəsi və profilaktikasında istifadə olunan geniş bitki qrupudur. Dərman bitkilərinin müalicəvi xassəsi onların tərkibindəki fzioloji təsiredici fəal maddələrin (alkaloidlər, qlikoidlər, flavonoidlər, vitaminlər, aşı maddələri, efir yağları və bir sıra turşular fermentlər) olması ilə əlaqədardır. Muxtar respublikanın Ordubad rayonu ərazisində apardığımız araşdırmalar zamanı yerli sakinlərlə (Həbibə xala, Xanım xala və başqaları) söhbətlərimiz əsasında bəzi dərman bitkiləri və onların istifadə qaydaları haqqında məlumat topladıq. Maraqlı və bizim diqqətimizi çəkən məqamlardan biri isə dərman bitkilərinin onlar tərəfindən deyildiyi adları oldu. Bu məlumatları sizinlə bölüşmək istəyirik.

Şirquyruğuadi damotu (lat. Leonurus cardiaca). Yabanı halda bağlarda geniş yayılmışdır. Dərman məqsədilə yerüstü hissələri bitki çiçəkləyən dövrdə toplanılır. Toplanarkən yerdən 30-40 sm yuxarı olan yarpaq və çiçəkli baş hissələri götürülür, talavar altında və ya kölgəli yerdə qurudularaq istifadə olunur. Qan təzyiqində, əsəb xəstəliklərində sakitləşdirici kimi istifadə olunur. Sulu dəmləməsi əsəb sistemi xəstəliklərində, ürək-daman nekrozlarında sakitləşdirici tətbiq edilir. Farmokoloji təsirinə görə pişikotu bitkisinin preparatlarına yaxındır. Hipotenziv və kardiotonik təsirə malikdir. Bu məqsədlə spirtli cövhərindən daxilə 30-40 damcı qəbul edilə bilər. 

Limonotu (ballınanə)bərdrənc (lat. Melissa officinalis l.). Limon iyi verir. Sakitləşdirici, spazmolitik, qusma əleyhinə effektiv bitkidir. Eləcə də mikrob, virus və iltihab əleyhinə çox güclü təsirə malikdir. Ağrıkəsici kimi ürək xəstəliklərində tətbiq olunur. Nevrozlarda, yuxusuzluqda, hipertoniyanın yüngül formalarında, iştahsızlıqda, menustral tsikl pozğunluqlarında təyin edilir.

Boymədərən (lat. Achillea). İştahsızlıqda, qankəsici kimi  və qadın xəstəliklərində istifadə olunur. Yerli sakinlər boymədərənlə zufa otu (dağ məzrəsi) bitkisinin birlikdə gülabını  çəkirlər ki, ondan da mədə-bağırsaq xəstəliklərində, qastritdə, həmçinin təzyiqi aşağı olanlar üçün istifadə edirlər.

Büzövşəbağayarpağı (lat. Plantago). Qastritdə, xroniki mədə-bağırsaq xəstəliklərində istifadə edirlər. Tibdə soku hazırlanır ki, bundan da öskürəyə qarşı istifadə edirlər. Büzövşə bitkisinin toxumundan şəkər xəstələri daha çox istifadə edirlər,  çünki onun dəmləməsi şəkəri aşağı salır.

Mərəcüyütqulançar (lat. Asparagus). Bədəndə su yığılanda, böyrək xəstəliklərində, şəkər xəstəliklərində istifadə olunur. Meyvələrindən isə vitamin kimi istifadə edirlər.

Qantəpər (lat. Cephalaria). Qantəpənin kökündən əsasən zəhərlənmələrdə, vərəm xəstəliklərində, güclü qanaxmalar zamanı istifadə olunur. Çiçəyindən isə soyuqdəymədə istifadə edilir.

Yonca (lat. Trifolium). Yonca bitkisi ürək xəstəliklərində, şəkər xəstəliklərində istifadə olunur. Yerli sakinlər yonca bitkisindən aşağıdakı kimi istifadə edirlər:  20 q yoncanı 200 q suda dəmləyib içirlər.

Gəzənəgicitkən (lat. Urtica). Gəzənədən əsəsən qanaxmalarda istifadə olunur. Tərkibində K vitamini vardır. Gəzənəni qaynatdıqda suyu qanda olan mikrobları öldürür, qanı duruldur. Gəzənə bitkisi əsən boymədərən bitkisi ilə istifadə olunur. Gəzənin təzə dərilmiş yarpaqlarının şirəsindən və qurudulmuş yarpaqlarından çay dəmlənib skorbut, avitaminoz xəstəliklərində istifadə olunur.

Toppuztikan – qanqal (lat. Cirsium). Qaraciyər xəstəliklərində istifadə edirlər. Fiziki və zehni yorğunluğu aradan götürür. Revmatizmada da geniş istifadə olunur. Aşağı dozada qəbul edildikdə qan təzyiqini aşağı salır. Yuxarı dozada istifadə olunduqda isə qan təzyiqini yuxarı qaldırır.

Üzərlik (lat. Peganum harmala). Əsmə xəstəlikərində istifadə olunur. Nəfəs yollarının açılmasını bərpa edir, damarları açır, skelet əzələlərinin işini tənzimləyir. Toxumundan yağ alınır. El arasında nəzər dəymə üçün, eyni zamanda tüstüsündən sakitləşdirici kimi istifadə olunur. Çiçəyini isə dəmləyib bir sıra xəstəliklərin müalicəsində istifadə edirlər.

Kətan – zəyərək (lat. Linum l.). Dərman məqsədilə çiçəyindən, kökündən istifadə edirlər. Qəbizliyi götürən dərman kimi də istifadə olunur. Həmçininn kətandan yağ alınır ki, ondan da qəbizlik olduğu zaman tətbiq olunur.

İtburnu (lat. Rosa). Bu bitki bir çox dərdlərə dərmandır. Zəngin tərkibinə görə itburnunun insan sağlamlığı üçün bitməyən faydaları var. Onun tərkibində A, B1, B2, P, K və C vitaminləri, zülal, minerallar, kalsium və sairə maddələr mövcuddur. İtburnu dəmləməsinin faydaları olduqca çoxdur. Məsələn, immuniteti gücləndirir, iltihabi proseslərin qarşısını alır, soyuqdəymə zamanı xeyirli təsirə malikdir, sinir sistemini sakitləşdirir, böyrəklərdə və öd kisəsində daşların əmələ gəlmə riskini azaldır, mədə ağrılarını aradan götürür, bağırsaqların təmizlənməsinə kömək edir, ürək-damar xəstəlikləri üçün faydalıdır, qan təzyiqini aşağı salır, iştahanı açır, maddələr mübadiləsini normallaşdırır, orqanizmin ümumi tonusuna təsir göstərir. İtburnu çayını hazırlamaq üçün iki qaşıq itburnu meyvəsini xırda hissələrə bölüb, üzərinə 250 ml qaynar su əlavə etmək və 10 dəqiqə dəmdə saxlamaq lazımdır. İstifadə zamanı az miqdarda şəkər tozu və ya bal da əlavə etmək olar. İtburnu bitkisi həmçinin arıqlamağa da köməklik edir. Bunun üçün 1 litr qaynar suya 3 xörək qaşığı itburnu meyvəsi əlavə edilir və 12 saat saxlanılır. İki həftə ərzində hər gün yeməkdən 30-40 dəqiqə əvvəl bir stəkan içməklə istənilən nəticəni əldə etmək olar. Ana olmağa hazırlaşan xanımların da itburnu çayından istifadə etmələri məsləhətdir. Gələcək analar bununla orqanizmlərinin müqavimətini gücləndirərək müxtəlif viruslardan özlərini qoruya bilərlər. Onlara gün ərzində 1-2 stəkan itburnu çayından istifadə etmək kifayətdir. Söhbətimiz əsnasında öyrəndik ki, yerli sakinlər itburnu dəmləməsindən daha çox qış fəslində istifadə edirlər. Orqanizmin vitaminlərə olan tələbatının bir qismini itburnu bitkisi ilə təmin edirlər.

Mollabaşıçobanyastığı (lat. Matricaria). Çobanyastığı bitkisi yol kənarlarında və boş ərazilərdə özbaşına bitən xoş qoxulu sari-ağ rəngdə çiçəklər açan bir bitkidir. Çobanyastığı çiçəklərindən müalicə-profilaktik və kosmetik məqsədlə dünyanın əksər ölkələrində istifadə edilir. Çobanyastığı dəmləməsi spazmolitik vasitə kimi kəskin və xroniki qastritlər, mədə və 12 barmaq bağırsağın xorası, bağırsaqlarda qıcqırma ilə müşayiət edilən xroniki spazmolitik kolitlər və enterokolitlər zamanı işlədilir. Çobanyastığı preparatları qaraciyər və öd yolları xəstəlikləri, sarılıq zamanı öd axarlarının spazmasını aradan qaldırır, öd axarını gücləndirir, iltihabı azaldır.

Kəklikotu (lat. Thymus). Kəklikotunun bir sıra müalicəvi xüsusiyyətləri vardır. Onun suda qaynadılmaqla əldə olunmuş məhlulundan soyuqdəymənin və bağırsaq xəstəliklərinin müalicəsində istifadə edirlər. Bu bitkinin həlimi qarında spazmı götürür, qurdları tökür, həzmə kömək edir. Həmçinin kəklikotu həlimini bəlğəmgətirici və öskürəyə qarşı vasitə kimi istifadə edirlər.

Quşəppəyi (Capsella). Dərman məqsədilə yerüstü hissələri, bitki çiçəkləyən dövrdə toplanır, açıq havada qurudulur. Elmi təbabətdə quşəppəyinin qurudulmuş otundan spirtli duru ekstrakt bə dəmləmə hazırlanlr ki, o da uşaqlığın qanaxmalarında qankəsici vasitə kimi işlədilir. Quşəppəyindən həmçinin mədə-bağırsaq, böyrək və ağciyər qanaxmalarında istifadə olunur. Qankəsici təsiri tərkibində olan K vitamini ilə əlaqədardır. Quşəppəyinin otundan xalq təbabətində çay dəmlənib, daxili qanaxmalara qarşı içirlər.

Dərman bitkiləri olduqca çoxdur və geniş əraziləri əhatə edir. Biz sadəcə Ordubad sakinləri tərəfindən ən çox istifadə olunan dərman bitkilərinin bəziləri haqqında söhbət açdıq. Gələcək məqaləmizdə Naxçıvan Muxtar Respublikasının ayrı-ayrı bölgələrində araşdırmalar aparıb yerli sakinlərin istifadə etdikləri digər dərman bitkiləri haqqında maraqlı məlumatları sizə təqdim edəcəyik.  Hər birinizə sağlam həyat arzu edirik...

 

LAMİYƏ QULİYEVA

Biologiya üzrə fəlsəfə doktoru

Naxçıvan Müəllimlər İnstitutu

HƏTƏMOVA AYSU

Naxçıvan Müəllimlər İnstitutu

 Biologiya müəllimliyi ixtisası, II kurs tələbəsi

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930