SON DƏQQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada səyyar seminar-müşavirələr davam edir-FOTO

Muxtar respublikada səyyar seminar-müşavirələr davam edir-FOTO
3-06-2020, 16:09

“Naxçıvan” Aqrolizinq Açıq Səhmdar Cəmiyyətində muxtar respublika ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, biçin zamanı taxıl zəmilərində işləyəcək kənd təsərrüfatı texnikaları və aqreqatların hazırlığı ilə bağlı səyyar seminar-müşavirə keçirilmişdir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin rəisi vəzifəsinin icraçısı daxili xidmət mayoru Hasil Məmmədov muxtar respublika ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədilə görülmüş işlər və qarşıda                  duran vəzifələr mövzusunda çıxış etmişdir. Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Naxçıvan şəhər Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin rəisi daxili xidmət mayoru Mirtaleh Seyidov ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, taxıl zəmilərində yanğın hadisələrinin baş verməsinin əvvəlcədən qarşısının alınması haqqında da məlumat vermişdir. Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin yetginlik yaşına çatmayanların profilaktiki işinin təşkili qrupunun baş inspektoru polis kapitanı Səid Babayev ot-taxıl biçini dövründə vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi qaydalarının pozulması və biçindən sonra sahələrin yandırılmasına görə tətbiq olunan inzibati məsuliyyət növləri haqqında məlumat verib.

İştirakçılara ilkin yanğınsöndürmə vasitələri, həmçinin yaşıl süpürgələrdən istifadə qaydaları haqqında məlumat verən Naxçıvan şəhər Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin dövlət yanğın nəzarəti bölməsinin rəisi daxili xidmət mayoru Etibar Məmmədov ilkin yanğınsöndürmə vasitələrindən istifadəni əyani olaraq göstərmişdir. Seminar-müşavirənin sonunda iştirakçılara “Ot-taxıl biçini zamanı yanğın təhlükəsizliyi qaydaları” adlı tövsiyə xarakterli  yaddaş kitabçalarının təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə tədbirlər planına uyğun olaraq bu cür maarifləndirici tədbirlər bundan sonra da yerlərdə həyata keçiriləcəkdir.

 

Muxtar respublikada səyyar seminar-müşavirələr davam edir-FOTO

Muxtar respublikada səyyar seminar-müşavirələr davam edir-FOTO
Muxtar respublikada səyyar seminar-müşavirələr davam edir-FOTO

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930