SON DƏQQƏ

naxcivanxeberleri.com

Babək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə onlayn iclas keçirilib

Babək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə  onlayn iclas keçirilib
2-06-2020, 19:16

Babək Rayon Təhsil Şöbəsi tərəfindən ümumtəhsil məktəblərinin direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri ilə birgə iclas keçirilib. İclasda rayon Təhsil Şöbəsinin müdiri və əməkdaşları iştirak edib.  

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, onlayn şəkildə keçirilən iclasda rayon Təhsil Şöbəsinin müdiri Həsən Zeynalov çıxış edərək, mövcud vəziyyətlə əlaqədar məktəb rəhbərlərinə və təlim-tərbiyə işləri üzrə direktor qısa müddətdə illik qiymətləndirmələri başa çatdırmalarını tövsiyə edib. Şöbənin müdiri həmçinin IX-XI sinif şagirdlərinin qiymətlərinin “Şagird-Məzun” sisteminə işlənməsini də tapşırıb.

İclasda məktəbdaxili qiymətləndirmənin II-XI sinif şagirdlərini əhatə edəcəyi vurğulanıb, qiymətləndirmənin aparılması qaydası əyani vasitələrlə nümayiş etdirilib.

Onlayn iclasda buraxılış və qəbul imtahanları ilə əlaqədar məsələlər və cari məsələlər də müzakirə edilib.

Sonda iclasda iştirak edən məktəb rəhbərlərini maraqlandıran suallar cavablandırılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930