SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Azərbaycan və  Türkiyə iqtisadi əlaqələri: mövcud vəziyyət və perspektivlər” mövzusunda onlayn elmi konfrans keçirilib

“Azərbaycan və  Türkiyə iqtisadi əlaqələri: mövcud vəziyyət və perspektivlər” mövzusunda onlayn elmi konfrans keçirilib
2-06-2020, 18:00

“Naxçıvan” Universitetinin İdarəetmə kafedrasının təşkilatçılığı ilə  “Azərbaycan və  Türkiyə iqtisadi əlaqələri: mövcud vəziyyət və perspektivlər” mövzusunda onlayn elmi konfrans keçirilib.

 

Universitetin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, onlayn konfransı giriş sözü ilə İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə açaraq konfransın keçirilməsinin əhəmiyyətindən danışıb.Bildirib ki,  xarici iqtisadi əlaqələrin  yaradılmasında Azərbaycanın potensial partnyorlarından biri kimi qardaş Türkiyə Respublikası çıxış edir. İki ölkə arasındakı əlaqələrin araşdırılması zamanı aydın oldu ki, müasir dövrdə Türkiyə ilə Azərbaycan arasında  əməkdaşlıq iqtisadiyyatın bir çox sahələrində inkişaf edir. Lakin son vaxtlar Azərbaycan  və Türkiyə  arasında iqtisadi  əməkdaşlıq xüsusən xarici ticarət və investisiya qoyuluşu istiqamətlərində daha çox inkişaf edir.

Daha sonra  universitetin İdarəetmə kafedrasının müdiri İradə Bağırovanın  “Azərbaycanın region  dövlətləri ilə iqtisadi əlaqələri”, kafedranının müəllimi  Mədinə Allahverdiyevanın  “Azərbaycan və Türkiyə iqtisadi əlaqələrində gələcək perspektivləri” və İdarəetmə fakültəsinin “Maliyyə nəzarəti və audit” ixtisasında təhsil alan I kurs tələbəsi Gültəkin Əhmədovanın “ Azərbaycan və Türkiyə iqtisadi əlaqələrində TANAP layihəsinin rolu” mövzusunda çıxışları dinlənilib.

Bildirilib ki, Türkiyənin  Azərbaycanla əlaqələri yüksək strateji səviyyədədir. Qarşılıqlı etibar və həmrəylik əsasında formalaşan Azərbaycan-Türkiyə əlaqələri beynəlxalq platformalarda da davam edir. Hər iki dövlət Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və İslam Əməkdaşlıq Təşkilatında birgə əməkdaşlıq nümayiş etdirir.

Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.

 

 “Azərbaycan və  Türkiyə iqtisadi əlaqələri: mövcud vəziyyət və perspektivlər” mövzusunda onlayn elmi konfrans keçirilib
“Azərbaycan və  Türkiyə iqtisadi əlaqələri: mövcud vəziyyət və perspektivlər” mövzusunda onlayn elmi konfrans keçirilib

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031