SON DƏQİQƏ

naxcivanxeberleri.com

AMEA Naxçıvan Bölməsinin strukturu və ştat cədvəllərində bir sıra dəyişiklik olub

AMEA Naxçıvan Bölməsinin strukturu və ştat cədvəllərində bir sıra dəyişiklik olub
2-06-2020, 17:39

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Aparatının və tabeliyində olan qurumların ştat cədvəllərinin təsdiq edilməsi haqqında” 15 aprel 2020-ci il tarixli qərar qəbul edib.

 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, həmin qərara əsasən Bölmənin Aparatı və tabeliyində olan qurumların struktur və ştatlarında bir sıra dəyişiklik olub. Belə ki, Bölmənin Aparatında Elmi-təşkilat şöbəsinin adı dəyişdirilərək Elm və təhsil şöbəsi, Maliyyə-iqtisad və mühasibat uçotu şöbəsi Maliyyə və mühasibat uçotu şöbəsi, İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi Beynəlxalq əlaqələr və informasiya şöbəsi, Mərkəzi elmi arxiv Elmi arxiv, Bölmənin Kitabxanası isə Elmi kitabxana adı ilə təsdiq olunub.

Ümumi şöbə ləğv olunaraq Təhsil və kadrlar şöbəsinə birləşdirilib və həmin şöbənin adı dəyişdirilərək Kadr və ümumi işlər şöbəsi kimi təsdiq edilib. İşlər idarəsi ləğv edilib, onun bazasında İnzibati təsərrüfat şöbəsi yaradılıb. Bioresurslar və Təbii Ehtiyatlar İnstitutlarının İnzibati-təsərrüfat şöbələri ləğv edilib və ordakı tərcüməçi ştatları Aparatın Beynəlxalq əlaqələr və informasiya şöbəsinə verilib. Həmin şöbədə Mətbuat xidməti üzrə mütəxəssis və redaktor, Aparatda isə hüquqşünas vəzifələri formalaşdırılıb.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Xalçaşünaslıq elmi-tədqiqat qrupunun adı dəyişdirilərək Xalçaşünaslıq sektoru, Ümumi şöbə isə Təsərrüfat şöbəsi adı ilə təsdiq edilib.

Eyni zamanda, Bioresurslar İnstitutunun Dənli, taxıl, paxlalı və texniki bitkilər laboratoriyasının adı dəyişdirilərək Dənli, paxlalı və texniki bitkilər laboratoriyası, İnzibati-təsərrüfat şöbəsi ləğv olunaraq əvəzində Təsərrüfat heyəti, həmçinin elmin istehsalata tətbiqi işinin gücləndirilməsi məqsədi ilə institutun nəzdində fəaliyyət göstərəcək 10 ştatdan ibarət yeni İnnovasiya və elmi-istehsalat şöbəsi yaradılıb.

Bundan başqa, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun və Batabat Astrofizika Rəsədxanasının Ümumi şöbələrinin adı Təsərrüfat şöbəsi kimi təsdiq olunub. Təbii Ehtiyatlar İnstitutunun nəzdində fəaliyyət göstərən Elmi-texniki informasiya və İnzibati-təsərrüfat şöbələri ləğv edilib, İnzibati-təsərrüfat şöbəsinin bazasında Təsərrüfat heyəti yaradılıb.

Əlyazmalar Fondunun Əlyazmaların mühafizəsi, gigiyenası və bərpası şöbəsinin adı dəyişdirilərək Əlyazmaların mühafizəsi, gigiyenası və bərpası laboratoriyası, Xidmətedici heyət isə Təsərrüfat heyəti kimi təsdiq edilib.

 

AMEA Naxçıvan Bölməsi

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031