SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan şəhər ümumtəhsil məktəblərinin hərbi rəhbərləri ilə  onlayn müzakirə keçirilib

Naxçıvan şəhər ümumtəhsil məktəblərinin hərbi rəhbərləri ilə   onlayn müzakirə keçirilib
2-06-2020, 17:30

 

Naxçıvan Şəhər Təhsil Şöbəsi tərəfindən 02 iyun 2020-ci il tarixdə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin hərbi rəhbərləri ilə “Şagirdlərin milli ruhda tərbiyəsi və vətənpərvərlik hissinin aşılanması” mövzusunda onlayn müzakirə keçirilib.

 Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, müzakirə zamanı Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodisti Şahmar Hüseynov vurğulayıb ki, vətəni müdafiə etmək məktəbdə təhsil alan hər bir şagirdin vətəndaşlıq borcudur. Biz də şagirdlərimizi vətənimizin fəal müdafiəsinə hazırlamalı və ilkin hərbi vərdişləri öyrətməliyik. Şagirdlərdə vətənə məhəbbət hissini artırmaq, vətənpərvərliyin məzmununu onlara düzgün çatdırmaq əsas vəzifələrimizdəndir. Metodist bildirib ki, şagirdlərlə mütəmadi olaraq, bu istiqamətdə söhbətlər aparılmalı, qəhrəmanlıq nümunələrindən danışılmalı, respublikamızda olan ali hərbi məktəblər haqqında informasiya verilməli, bu haqda şagirdlər ətraflı məlumatlandırılmalıdır.

Onlayn müzakirədə Heydər Əliyev adına Hərbi Liseyə, ali və orta ixtisas hərbi məktəblərinə və xüsusi təyinatlı müəsissələrə qəbulla bağlı hərbi rəhbərləri maraqlandıran suallar cavablandırılıb, görülən işlər müzakirə edilib.  Hərbi rəhbərlərə şagirdlərlə imtahan qabağı məşğələlərin təşkili və psixoloji söhbətlərin aparılması istiqamətində tövsiyələr verilib.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031