SON DƏQQƏ

naxcivanxeberleri.com

Yerli özünüidarəetmə orqanlarına metodiki köməklik göstərilib

Yerli özünüidarəetmə orqanlarına metodiki köməklik göstərilib
2-06-2020, 17:21

Yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək imkanı verir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, yerli özünüidarəni bələdiyyələr həyata keçirir.

 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bələdiyyələr seçkilər əsasında formalaşır. Bələdiyyələrin statusunun əsasları konstitusiya ilə, bələdiyyələrə seçkilərin qaydaları  isə qanunla müəyyən edilir.

Ölkəmizdə uğurla həyata keçirilən demokratik və hüquqi islahatlar nəticəsində son illər böyük sosial-iqtisadi tərəqqi əldə olunmuş, dinamik inkişaf həyatımızın bütün sahələrini əhatə etmişdir. Bu tərəqqi demokratik təsisatların möhkəmlənməsinə, səmərəli idarəetmə mexanizminin yaradılmasına, demokratik ənənələrin təkmilləşərək həyat normasına çevrilməsinə imkan yaratmış, dövlət idarəçiliyinin tərkib hissəsi olan yerli özünüidarəetmə daha da təkmilləşmişdir. Ölkəmizin ictimai siyasi həyatında baş verən mühüm hadisələrdən biri də 2019-cu ildə dekabrın 23-də keçirilən növbəti bələdiyyə seçkiləri olmuşdur. Beşinci dəfə keçirilən seçkilər nəticəsində bələdiyyələrin yeni tərkibi formalaşmış, vətəndaşlarımız yerli özünüidarə orqanlarında təmsil olunaraq yerli əhəmiyyətli məsələlərin həllində yaxından iştirak etmək imkanı qazanmışlar.

Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən biri də bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili və onlara metodiki köməklik göstərməkdir. Nazirlik tərəfindən yerli özünüidarənin daim təkmilləşdirilməsinə, daha səmərəli həyata keçirilməsinə xüsusi diqqət yetirilir. Nazirliyin işçilərindən ibarət qrup vəzifələrin icrasıyla əlaqədar olaraq ötən dövr ərzində yeni formalaşan bələdiyyə üzvləri və qulluqçuları üçün işlərin aparılmasında metodiki köməklik göstərilmiş, Şərur, Sədərək və Şahbuz rayonlarında bütün bələdiyyələrin sənədlərinə yenidən baxılmış, ehtiyac olan jurnal və qovluqlarla təmin edilmişlər. Keçirilən görüşlərdə yeni formalaşan bələdiyyə üzvlərinə və sədrlərinə qanunvericiliyin tələbləri izah edilmiş, yol verilmiş nöqsanların və qanun pozuntularının aradan qaldırılması yolları göstərilmiş və onların təkrar edilməməsi tövsiyə edilmişdir. Bildirilmişdir ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılması məqsədilə həyata keçirilən fəaliyyətdir və bu fəaliyyət yalnız qanunçuluğa əməl olunması baxımından həyata keçirilir. Bələdiyyələrin qəbul etdikləri qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz.

Ölkəmizin müstəqil dövlət kimi formalaşması və inkişafında mühüm amilə çevrilmiş yerli demokratiyanın möhkəmləndirilməsi, cəmiyyətdə bələdiyyələrin rolunun artırılması, bələdiyyələr tərəfindən qanunçuluğa tam əməl edilməsi, onların fəaliyyətinə inzibati nəzarətin yüksək səviyyədə həyata keçirilməsi istiqamətində bundan sonra da nazirlik zəruri tədbirlər görəcəkdir. Nazirlik şəhər və digər rayonlarda da tədbirlərini davam etdirəcək, bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi, onlara hüquqi, metodoloji yardım göstərilməsi diqqət mərkəzində saxlanılacaqdır.

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930