SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kəngərli rayonunda su və kanalizasiya xətlərinin çəkilişinə başlanılıb

Kəngərli rayonunda su və kanalizasiya xətlərinin çəkilişinə başlanılıb
2-06-2020, 09:00

Naxçıvan şəhərində və onun kəndlərində su və kanalizasiya sistemləri tam yenidən qurulub, əhali keyfiyyətli içməlisu ilə təmin olunub. Hazırda muxtar respublikanın rayon mərkəzləri və ətraf kəndlərində bu işlər davam etdirilir.

Cari ilin aprel ayından isə Kəngərli rayonunun Qarabağlar kəndində yeni içməli su və kanalizasiya sistemlərinin qurulmasına başlanılıb. Layihə üzrə yeni qurulan sistemlər kənddəki 1200 evi əhatə edəcək. Artıq bu günədək 180 evə su və kanalizasiya xətləri çəkilib. Hazırda küçə və məhəllələrdə qazıntı işləri görülür, 63 və 90 millimetrlik borularla ana xətlər çəkilir, ev birləşmələri aparılır. Kənddəki abonentlərin içməli su ilə davamlı təminatı üçün burada ümumi tutumu 20 min kubmetr olan 4 yeni su anbarı da fəaliyyət göstərəcək.

Artıq bu istiqamətdə də işlərə başlanılıb. Qeyd edək ki, su və kanalizasiya sistemlərinin qurulması növbəti mərhələdə digər kənd yaşayış məntəqələrində və rayon mərkəzi olan Qıvraq qəsəbəsində də davam etdiriləcək.

 

Babək İSMAYILOV

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031