SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Yeniləşən Naxçıvanın yeni məktəblərində yeni təfəkkürlü müəllimlər” layihəsi çərçivəsində onlayn pedaqoji seminara start verilib

“Yeniləşən Naxçıvanın yeni məktəblərində yeni təfəkkürlü müəllimlər” layihəsi çərçivəsində onlayn pedaqoji seminara start verilib
1-06-2020, 19:33

01 iyun 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə gənc müəllimlərlə “Yeniləşən Naxçıvanın yeni məktəblərində yeni təfəkkürlü müəllimlər” layihəsi çərçivəsində onlayn pedaqoji seminara start verilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, seminarda Təhsil Şöbəsinin əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri və gənc müəllimlər iştirak ediblər.

  Pedaqoji seminarın keçirilməsində məqsəd ümumtəhsil məktəblərində tədris prosesinin təkmilləşdirilməsi və daha səmərəli qurulması, kreativ düşüncəsi, geniş erudisiyası, pedaqoji-psixoloji hazırlığı, tədris təcrübəsi və peşəkarlıq səviyyəsi ilə fərqlənən gənc müəllimlər arasında əməkdaşlıq mühitinin yaradılması, sağlam rəqabətin formalaşdırılması, onların bilik və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə kömək etməkdir.

 Seminarı giriş sözü ilə açan Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı bildirib ki, son illər müəllimlərin fəaliyyətinin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.   Bu gün muxtar respublikada təhsil sahəsində görülən işlərdən biri də şagirdlərin bilik səviyyəsinin artırılmasında aparıcı rolu olan müəllim heyətinin seçilməsindəki yenilikdir. Yenilik isə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 14 aprel 2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil və ilk peşə ixtisas təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydalar”ına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən pedaqoji profilli ixtisasları bitirmiş gənclərin müsabiqə yolu  işə qəbuludur. Bildirilib ki, hazırda rayonun ümumtəhsil məktəblərində 24-ü müəllim, 5-i vəzifədar olmaqla ümumilikdə 29 nəfər imtahanlarda müvafiq keçid balını toplayaraq işə təyin olunublar.

   Seminarda Qarabağlar kənd 2№-li tam orta məktəbin direktoru Əsgər Qurbanov “Müəllim-valideyn, müəllim-şagird münasibətləri”, Qıvraq qəsəbə tam orta məktəbinin müəllimi Maisə Ələkbərova “Yeni təfəkkürlü müəllim: tədqiqatçılıq və yanaşma”, Təhsil Şöbəsinin Metodiki kabinet müdiri Həsən Tağıyev “Ümumi təhsil pilləsində təhsilalanların summativ qiymətləndirilməsi” və Qıvraq qəsəbə tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini İlkin Əhmədov “Sinif jurnalının yazılması və sinif jurnalına nəzarət” mövzusunda çıxış ediblər.

       Onlayn seminarda gənc müəllimlər adından çıxış edən Nazəni Abbasova həyata keçirilən təhsil siyasəti və gənclərə göstərilən yüksək qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

  Seminarda iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

  Qeyd edək ki, gənc müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil olunan onlayn pedaqoji seminar 2 gün davam edəcək.

 

“Yeniləşən Naxçıvanın yeni məktəblərində yeni təfəkkürlü müəllimlər” layihəsi çərçivəsində onlayn pedaqoji seminara start verilib“Yeniləşən Naxçıvanın yeni məktəblərində yeni təfəkkürlü müəllimlər” layihəsi çərçivəsində onlayn pedaqoji seminara start verilib
“Yeniləşən Naxçıvanın yeni məktəblərində yeni təfəkkürlü müəllimlər” layihəsi çərçivəsində onlayn pedaqoji seminara start verilib

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031