SON DƏQQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada “1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə qanvermə aksiyası keçirilib-FOTO

Muxtar respublikada “1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü”  münasibəti ilə qanvermə aksiyası keçirilib-FOTO
1-06-2020, 16:28

“1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən silsilə tədbirlər keçirilir.

 

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bu gün Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin birgə təşkilatçılığı ilə “1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə hemofiliyalı və talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları aksiyada iştirak ediblər. Könüllülər qanvermədən əvvəl tibbi müayinədən keçirilib, Naxçıvan Muxtar Respublika Xəstəxanasında yaradılan Qan bankında donorlardan qan nümunələri götürülüb, infeksiyon xəstəliklərə qarşı yoxlama aparılıb. Aksiyada 22 nəfər iştirak etmiş, 11 litr qan toplanılaraq qan bankına təhvil verilmişdir. Aksiya muxtar respublikada yaşayan irsi qan xəstəliyi olan hemofiliyalı və talassemiyalı uşaqlara dəstək məqsədi daşıyır.  

Keçirilən aksiya mövcud vəziyyətlə əlaqədar sosial izoliasiya qaydalarına uyğun, zəruri təhlükəsizlik tədbirlərinə riayət olunmaqla həyata keçirilmişdir.

Qeyd edək ki, adıçəkilən aksiya artıq 10 ildir ki, təşkilatçılar tərəfindən mütəmadi olaraq 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar keçirilir.

Muxtar respublikada “1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü”  münasibəti ilə qanvermə aksiyası keçirilib-FOTO

Muxtar respublikada “1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü”  münasibəti ilə qanvermə aksiyası keçirilib-FOTO
Muxtar respublikada “1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü”  münasibəti ilə qanvermə aksiyası keçirilib-FOTO
Muxtar respublikada “1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü”  münasibəti ilə qanvermə aksiyası keçirilib-FOTO
Muxtar respublikada “1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü”  münasibəti ilə qanvermə aksiyası keçirilib-FOTO

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930