SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirilib-FOTO

Naxçıvanda xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirilib-FOTO
31-05-2020, 18:21

“1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən silsilə tədbirlər həyata keçirilir.

 

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, belə ki, bu gün Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, müvafiq şəhər və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhəri, Babək, Ordubad, Şahbuz, Culfa rayonlarında yaşayan valideyn himayəsindən məhrum, tək valideynli, sağlamlıq imkanları məhdud 13 uşağın ailəsində görüş keçirilmişdir. Bu uşaqlardan 4-ü valideyn himayəsindən məhrum, 5-i tək valideynli, 4-ü sağlamlıq imkanı məhduddur.

Uşaqlarla görüş zamanı adıçəkilən təşkilatların nümayəndələri bildirmişlər ki, muxtar respublikada yaşayan bütün kateqoriyadan olan uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğı göstərilir. Onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarını təmin etmək məqsədilə mühüm tədbirlər həyata keçirilir. Çıxışlarının sonunda uşaqları qarşıdan gələn bayram münasibətilə təbrik etmiş, onlara təhsillərində, gələcək həyatlarında uğurlar arzulamışlar. 

Bildirilir ki, “1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” ilə əlaqədar keçirilən görüşlərdə onlara ərzaq payı, ehtiyaclarına uyğun geyim dəsti və tibbi ləvazimat verilmişdir.

Uşaqlar, onların ailə üzvləri, himayədarları və qəyyumları dövlətimiz tərəfindən onlara göstərilən qayğını yüksək qiymətləndirmiş, bu diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.

Həmçinin bu gün Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət  Komitəsi, Təhsil Nazirliyi və Ordubad Rayon İcra   Hakimiyyətinin birgə təşkilatçılığı ilə “1iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə M.Füzuli adına Ordubad şəhər tam orta İnternat Məktəbində də tədbir keçirilmiş, tədbirdə valideyn himayəsindən məhrum 5 uşağa bayram hədiyyələri verilmişdir.

Qeyd edək ki, keçirilən görüşlər mövcud vəziyyətlə əlaqədar sosial izoliasiya qaydalarına uyğun, zəruri təhlükəsizlik tədbirlərinə riayət olunmaqla həyata keçirilib.

Naxçıvanda xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirilib-FOTO
Naxçıvanda xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirilib-FOTO
Naxçıvanda xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirilib-FOTO
Naxçıvanda xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirilib-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031