SON DƏQİQƏ

naxcivanxeberleri.com

Xəzərin bu hissəsində çimərliklər açılır

Xəzərin bu hissəsində çimərliklər açılır
31-05-2020, 19:35

4 iyundan etibarən İranın şimalında yerləşən Mazandaran vilayətində Xəzər dənizi çimərlikləri turistlər üçün açılacaq.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu İranın Mazandaran vilayəti valiliyinin ictimai və mədəniyyət məsələləri üzrə idarəsinin baş direktoru Əli Rəcəbi deyib.

Onun sözlərinə görə, İranın Koronavirusla Milli Mübarizə Komitəsi Mazandaran vilayətində çimərliklərin açılması ilə bağlı qərarın verilməsini valiliyə həvalə edib.

Valilik rəsmisi deyib ki, turistlər sadəcə çimərliklər üçün təyin olunan ərazilərdən istifadə edə bilərlər.

“İstirahət üçün Xəzər dənizinin sahillərini seçən turistlər koronavirusun yayılmasının qarşısının alınması ilə əlaqədar səhiyyə protokollarına və digər qaydalara riayət etməlidirlər”, – deyə o qeyd edib.

Rəcəbi əlavə edib ki, 15 sahil şəhərində səhiyyə protokolları əsasında fəaliyyətlər mərhələli şəkildə bərpa olunur.

Qeyd edək ki, İranda bu günədək (31 may) 151 466 nəfər koronavirusa yoluxub, 7 797 nəfər ölüb, 118 848 nəfər isə sağalıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031