SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətində maarifləndirici səyyari seminar-müşavirə keçirilib

“Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətində maarifləndirici səyyari seminar-müşavirə keçirilib
31-05-2020, 12:41

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə tədbirlər planına uyğun olaraq “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətində 2020-ci ildə muxtar respublika ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, biçin zamanı taxıl zəmilərində işləyəcək kombaynların və digər kənd təsərrüfatı texnikalarının hazırlığı ilə bağlı maarifləndirici səyyari seminar-müşavirə  keçirilmişdir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi daxili xidmət polkovniki Ehtiram Məmmədov muxtar respublika ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin olunması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, taxıl zəmilərində yanğın hadisələrinin baş verməsinin əvvəlcədən qarşısının alınması məqsədi ilə Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat vermişdir. Sonra Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Texniki nəzarət və aqroserviz  sektorunun müdiri Valeh Mehdiyev biçin dövrü ərzində taxıl zəmilərində işləyəcək kənd təsərrüfatı texnikalarının və aqreqatların hazırlıq vəziyyətinə gətirilməsi ilə bağlı görülmüş tədbirlərlə bağlı məlumat vermişdir. Fövqəladə Hallar Nazirliyinin Yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin rəisi vəzifəsinin icraçısı daxili xidmət mayoru Hasil Məmmədov ot-taxıl biçini dövründə taxıl zəmilərində yanğın hadisələrinin baş verməsinin əvvəlcədən qarşısının alınması məqsədilə kombaynlara və digər kənd təsərrüfatı texnikalarına yanğına qarşı texniki baxışların keçirilməsi istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı, “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cəfər Müzəffərov taxıl biçini kompaniyasına hazırlıqla bağlı cəmiyyətə məxsus kombaynların texniki cəhətdən işə hazırlığı haqqında ətraflı məlumat vermişdir.

Tədbir müddətində kombaynlara baxışlar keçirilərək yanğın törədə biləcək hallarla bağlı  iştirakçılara məlumatlar verilmiş və kənd təsərrüfatı texnikalarında mövcudluğu zəruri olan ilkin yanğınsöndürmə vasitələrinin istifadə və istismar qaydaları əyani olaraq göstərilmişdir.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə tədbirlər planına uyğun olaraq bu cür maarifləndirici tədbirlər bundan sonra da yerlərdə həyata keçirilməsi nəzərdə tutulmuşdur.

 “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətində maarifləndirici səyyari seminar-müşavirə keçirilib
“Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətində maarifləndirici səyyari seminar-müşavirə keçirilib
“Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətində maarifləndirici səyyari seminar-müşavirə keçirilib

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031