SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Naxçıvan” gəmi-bərəsi əsaslı təmir olunub

“Naxçıvan” gəmi-bərəsi əsaslı təmir olunub
31-05-2020, 12:30

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Naxçıvan” gəmi-bərəsi əsaslı təmir edilib. “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri planlaşdırılmış şəkildə və yüksək keyfiyyətlə həyata keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, ASCO-dan verilən məlumata görə, gəmi-bərənin baş və köməkçi mühərrikləri, nasos və separatorları əsaslı təmir olunub. Boru quraşdırma işləri yerinə yetirilib. Gəmi üzrə gövdə qaynaq, avtomatika işləri görülüb, elektrik avadanlıqları təmir olunub, yeni kompressorlar quraşdırılıb. Bundan başqa, gəmi-bərənin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib, yeni mebellər quraşdırılıb. “Naxçıvan” gəmi-bərəsinin sualtı və suüstü hissəsi, vaqon göyərtəsi, üst göyərtəsi də təmizlənərək rənglənib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031