SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ombudsmanın Quba Regional Mərkəzi videokonfrans formatında tədbir keçirib

Ombudsmanın Quba Regional Mərkəzi videokonfrans formatında tədbir keçirib
30-05-2020, 13:11

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Quba Regional Mərkəzi tərəfindən “İnsan Hüquqları Aylığı” çərçivəsində Quba və Xaçmaz rayonlarından Skautlar Assosiasiyasının üzvlərinin iştirakı ilə videokonfrans formatında tədbir keçirilib.

Ombudsman Aparatından NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbir iştirakçılarını salamlayan Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev iştirakçılara Müvəkkilin 28 May- Respublika Günu münasibətilə təbriklərini çatdırıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən iyunun 18-i ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Bununla əlaqədar Müvəkkilin təşəbbüsü ilə 18 may – 18 iyun tarixlərində ölkəmizdə “İnsan Hüquqları Aylığı” keçirilir.

Ombudsman təsisatı tərəfindən xüsusi karantin rejimi çərçivəsində də daxil olan müraciətlərə həssaslıqla yanaşıldığı və diqqət mərkəzində saxlanıldığı vurğulanıb.

Mövzu ətrafında geniş müzakirə aparılıb, iştirakçıların sualları ətraflı cavablandırılıb.

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031