SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxub, 103 nəfər sağalıb-Operativ Qərargah

Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxub, 103 nəfər sağalıb-Operativ Qərargah
29-05-2020, 18:08

Azərbaycan Respublikasında 230 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 103 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1948 və 1950-ci il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 4989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3125 nəfər müalicə olunaraq sağalıb, 58 nəfər vəfat edib, 1806 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağır, 67 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 289.603 test aparılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930