SON DƏQQƏ

naxcivanxeberleri.com

ADU tələbə qəbulu elan etdi

ADU tələbə qəbulu elan etdi
29-05-2020, 12:01

Azərbaycan Dillər Universiteti (ADU) 2020/2021-ci tədris ilində təkrar ali təhsil və kadrların yenidənhazırlanması təhsilinə mövcud olan bütün ixtisaslar üzrə müsabiqə yolu ilə tələbə qəbulu elan edib.

ADU-dan NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, sənəd qəbulu iyun ayının 1-dən avqust ayının 10-dək aparılacaq.

Tələb olunan sənədlər aşağıdakılardır:

- rektorun adına ərizə;

- diplom (yaxud diploməvəzi arayış) və əlavəsinin (yaxud transkriptin) surəti;

- şəxsiyyət vəsiqəsinin surəti;

- 3x4 sm ölçüdə 3 ədəd fotoşəkil;

- sağlamlıq haqqında arayış;

- əmək kitabçasının surəti.

Sənədlər istirahət günlərindən başqa hər gün saat 10:00-15:00-dək qəbul ediləcək. 

Universitetdən bildirilib ki, sənədləri təqdim etmək üçün (012) 564 22 48 nömrəsinə zəng edərək vaxt təyin edilməsi və gələrkən tibbi maskadan istifadə olunması vacibdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930