SON DƏQQƏ

naxcivanxeberleri.com

17 Azərbaycan vətəndaşı Hindistandan ölkəyə gətirilir - XİN

17 Azərbaycan vətəndaşı Hindistandan ölkəyə gətirilir - XİN
27-05-2020, 14:49

Bu gün 17 nəfər Azərbaycan vətəndaşı təyyarə ilə Hindistandan Tiflisə gəlir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva deyib.

L.Abdullayeva vurğulayıb ki, hazırda həmin təyyarə Tiflisə enməlidir: “Ondan sonra həmin vətəndaşlar Azərbaycanın Gürcüstandakı səfirliyinin bilavasitə əlaqələndirməsi ilə Tiflisdən Azərbaycana avtobusla gələcəklər.

Bizim vətəndaşlarımız Hindistanda idi, onların geri qaytarılması məsələlərini biz aidiyyəti üzrə nəzərdən keçirirdik və indiki mərhələdə Hindistan Hava Yollarının təyyarəsi Tiflisə uçduğu üçün bu reys ilə 17 vətəndaşımız Tiflisə və oradan da Azərbaycana gələcək”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930