SON DƏQİQƏ

naxcivanxeberleri.com

Mingəçevir şəhərində əsən güclü külək bir sıra fəsadlar törədib

Mingəçevir şəhərində əsən güclü külək bir sıra fəsadlar törədib
19-02-2019, 11:13

Ağaclar tam və ya qismən qırılaraq küçə və səkilərə düşüb.

Mingəçevir şəhərində əsən güclü külək bir sıra fəsadlar törədib.

Günorta saatlarından güclənən külək nəticəsində şəhərin Nəriman Nərimanov, Aydın Məmmədov, Təbriz və digər küçələrində ağaclar tam və ya qismən qırılaraq küçə və səkilərə düşüb.

Nəticədə "Mercedes” və "VAZ-2107” markalı iki maşın qırılan ağacların altında qalaraq əzilib.

Küləyin gücləndiyi andan etibarən şəhərin Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin briqadaları fəsadların aradan qaldırılmasına başlayıblar.

Təbiət hadisəsi nəticəsində şəhərin bir sıra yerlərinə elektrik enerjisinin verilməsində uzunmüddətli fasilələr yaranıb.

Həmçinin bir sıra ərazilərdə yanğın hadisələri qeydə alınıb. Yanğınların qarşısı FHN-in yanğınsöndürənləri tərəfindən alınıb. (Report)

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031