SON DƏQQƏ

naxcivanxeberleri.com

Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb

Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb
26-05-2020, 11:38

Övladlığa götürülən uşaqların ailələrdəki vəziyyətinin monitorinqi, həyat şəraitinə nəzarət xüsusi karantin dövründə də distant formada davam etdirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, DOST Agentliyi tərəfindən bu dövrdə 414 uşaqla bağlı distant monitorinq həyata keçirilib. Monitorinqlərin 260-ı telefon, 154-ü isə videozəng vasitəsilə təşkil edilib. Həmin uşaqların ailələrdəki vəziyyəti, əqli, fiziki, psixoloji inkişaf səviyyəsi öyrənilib.

Monitorinqi aparan əməkdaşlar üçün əvvəlcə beynəlxalq və yerli ekspertlərin iştirakı ilə onlayn təlimlər təşkil olunub. Onlar bu təlimlərdə monitorinqlər zamanı neqativ halların aşkar edilməsi, ailə ilə düzgün ünsiyyət və digər bacarıqların artırılması sahəsində zəruri bilik və bacarıqlara sahib olublar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930