SON DƏQQƏ

naxcivanxeberleri.com

65 yaşa çatmış işçi ilə bağlanmış əmək müqaviləsi hansı əsaslarla ləğv edilə bilər?

65 yaşa çatmış işçi ilə bağlanmış əmək müqaviləsi hansı əsaslarla ləğv edilə bilər?
26-05-2020, 09:57

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1-ci maddəsinin tələbinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Qanunun mənasına görə Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddi 70-dir.

Əmək Məcəlləsinin 10-1.3–cü maddəsinin tələbinə əsasən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı yəni Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən 5 ildən artıq uzadıla bilər.

Sual oluna bilər ki, xüsusi xidmətləri olmuş hansı işçilərin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən 5 ildən artıq uzadıla bilər. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 31 oktyabr 2011-ci il tarixdə və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən 11 noyabr 2011-ci il tarixdə  “Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları”nın təsdiq edilməsi haqqında qərarlar qəbul edilmişdir. Həmin qərarların tələbinə əsasən Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən meyarlar aşağıdakılardır:

  1. Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilmə;
  2. Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmə;
  3. işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması;
  4. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması;
  5. Dövlət mükafatı laureatı olması;
  6. 1991-ci il oktyabrın 18-dək orden və medallarla təltif edilmə

Əlavə olaraq qeyd edim ki, Əmək qanunvericiliyinə uyğun olaraq müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz. Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır, yəni 2 nəfər ola bilər. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir.

65 yaşa çatmış işçi ilə bağlanmış əmək müqaviləsi hansı əsaslarla ləğv edilə bilər sualına cavab olaraq bildirirəm ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan 65 yaşa çatmış işçi ilə bağlanmış əmək müqaviləsi işəgötürən tərəfindən hər bir halda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin e bəndinə əsasən (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda) ləğv edilməlidir. Daha sonra isə işçi işləməyə razılarşasa, əmək müqaviləsi 1 il uzadıla bilər.  Qeyd olunduğu kimi bu proses işçinin 70 yaşına kimi davam etdirilir.

Misal olaraq işçi orta məktəbdə müəllim işləyir və 65 yaşı tamam olub. Bu halda onun işləyib-işləməsi ilk növbədə öz razılığı ilə aparılır. Əgər işçi işləməyə razılaşarsa, əmək müqaviləsi 1 il uzadıla bilər. Təhsil müəssisəsi rayon təhsil şöbəsinə tabe olduğundan həmin şöbənin müvafiq əmri ilə onun əmək müqaviləsi 1 il artırılır. Hər il bu proses davam etdirilir.  70 yaşına çatmış və Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarına uyğun olaraq xüsusi xidmətləri olan müəllimlərin çalışma müddəti 5 ildən artıq uzadıla bilər.  

 

 

 Afət Kərimli 

Culfa rayon prokurorluğunun

böyük müstəntiqi II dərəcəli hüquqşünas                                               

 

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930