SON DƏQİQƏ

naxcivanxeberleri.com

Nazir: "Bu il əlil və şəhid ailələrinə 800-dən artıq mənzilin verilməsi nəzərdə tutulur"

Nazir:
19-02-2019, 11:01

"Bu il əlil və şəhid ailələrinə 800-dən artıq mənzilin verilməsi nəzərdə tutulur".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşündə deyib.

Onun sözlərinə görə, bu il həm də müharibə əlillərinə 170-180 avtomobil veriləcək.

Nazir qeyd edib ki, sosialyönümlü tədbirlər davamlı şəkildə icra olunacaq: "Bu gün üçün ölkədə müharibə əlillərindən 20 min nəfər təqaüd və pensiya, şəhid ailələrindən isə 15 min nəfər sosial müavinət alır. Sosial müavinətlər və təqaüdlərin optimallaşdırılması üçün işlər görülür və sistem daha da təkmilləşdiriləcək".

S.Babayev deyib ki, bu il üçün 7000-dən çox ailə özünəməşğulluq üçün nazirliyə müraciət edib: "Onlar arasında ilk növbədə müharibə əlilləri və şəhid ailələrinə üstünlük veriləcək".

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30