SON DƏQQƏ

naxcivanxeberleri.com

İstanbulun rəmzləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq

İstanbulun rəmzləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq
26-05-2020, 10:11

Türkiyənin İstanbul şəhərinin rəmzlərindən hesab edilən “15 İyul Şəhidləri”, “Fatih Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpüləri 28 may - Respublika Günü münasibətilə Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılacaq.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Azərbaycanın Türkiyədəki Baş konsulluğundan “Report”un yerli bürosuna verilən məlumata görə, bu tarixi kompozisiya konsulluğun təşəbbüsü, Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyi (XİN), İstanbul Valiliyi və Quru yolları Baş İdarəsinin dəstəyi ilə baş tutacaq.

May ayının 27-də gecə saatlarından başlayaraq, 28 mayadək davam edəcək işıqlandırma İstanbul şəhərindəki üç körpüdə eyni anda, dörd kompozisiya üzrə dəyişəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930