SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqlar arasında ilk dəfə asfalt üzərində rəsm müsabiqəsi keçirilib

Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqlar arasında ilk dəfə asfalt üzərində rəsm müsabiqəsi keçirilib
25-05-2020, 23:09

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə sağlamlıq imkanları məhdud uşaqlar arasında ilk dəfə onlayn şəkildə asfalt üzərində “Naxçıvan - Tarixi Abidələr Diyarı” mövzusunda rəsm müsabiqəsi təşkil olunub.  Müsabiqə sosial könüllülərin iştirakı ilə ilk dəfə olaraq video-formatda keçirilib  və turizm əhəmiyyətli məkanları əhatə edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, iştirakçılar Naxçıvan şəhərində yerləşən Yusif Küseyir oğlu və Mömünə xatın türbələri, Saat Meydanı, Sahil Parkı,  Xan sarayı, Hüseyn Cavid məqbərəsi kimi tarixi məkanlarda olub, onların rəsmini  asfalt üzərində təsvir ediblər.

Tədbirin sonunda müsabiqə iştirakçılarına hədiyyələr verilib, sosial könüllülər təltif olunub.

Qeyd edək ki, belə tədbirlərin keçirilməsi sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930