SON DƏQİQƏ

naxcivanxeberleri.com

Əkin yerinin yandırılmasına görə məsuliyyət qanunvericiliklə necə müəyyən edilir?

Əkin yerinin yandırılmasına görə məsuliyyət qanunvericiliklə necə müəyyən edilir?
25-05-2020, 11:11

Əkin sahələrinin yandırılması nəticə etibarilə kənd təsərrüfatına yararlı torpaq sahələrinin üst münbit qatının korlanmasına, əkin yerlərində torpaqların qida maddələri balansının pozulmasına gətirib çıxarır. Bununla bərabər əkin sahələrinin yandırılması zamanı yaranan qatı tüstü havanı çirkləndirməklə yanaşı, həmçinin təbii tarazlığı da pozur. “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əkin yerinin yandırılması qadağan olunur.  Əkin yerlərinin yandırılması bitki qalıqlarını, torpağın münbit qatını, faydalı torpaq mikroflorası və mikrofaunasını məhv edir. Torpaqlar münbitliyini itirir, məhsuldarlıq aşağı düşür. Bu əməli törədənlər isə qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar. Belə ki, fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

 

Qeyd:Sualları Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin əməkdaşları cavablandırır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031