SON DƏQİQƏ

naxcivanxeberleri.com

Əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydası necə müəyyən olunur?

Əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydası necə müəyyən olunur?
25-05-2020, 11:07

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, əmək stajından asılı olaraq işçilərə (pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilər istisna edilməklə):

beş ildən on ilədək əmək stajı olduqda — 2 təqvim günü;

on ildən on beş ilədək əmək stajı olduqda — 4 təqvim günü;

on beş ildən çox əmək stajı olduqda — 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

Əmək stajına görə əlavə məzuniyyətin müddəti işçinin bir müəssisədə işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktik olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Bu əmək stajına işçinin əmək müqaviləsi üzrə faktik işlədiyi müddətdən başqa yalnız əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə Əmək Məcəlləsində nəzərdə tutulan digər hallarda iş yeri və orta əmək haqqı saxlanıldığı dövrlər daxil edilir. 

 

Qeyd:Sualları Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin əməkdaşları cavablandırır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031