SON DƏQQƏ

naxcivanxeberleri.com

Qızılgülün ləçəyi, ətri və mürəbbəsi

Qızılgülün ləçəyi, ətri və mürəbbəsi
25-05-2020, 03:18

Gülçiçəklilər fəsiləsinə daxil olan qızılgül təbiətin ən gözəl güllərindən biridir. Onun indiyədək 400-ə qədər yabanı növü məlumdur. Qızılgül kolunda 800-1000-ə qədər çiçək, hər çiçəkdə 80-ə yaxın ləçək olur. Hər çiçəyin çəkisi təqribən 3-4 qrama çatır. Ondan alınan yağ ən bahalı ətirlərə əlavə edilir. Rayonumuzun park və xiyabanlarında, eləcə də əhalinin həyətyanı sahələrində qızılgüllərinə tez-tez rast gəlirik. Artıq onların çiçəkaçma dövrüdür. Qızılgül kolunun yanından keçdikdə çiçəklərin gözəl ətri insana xoş təsir bağışlayır. Xoş ətirli olması ilə yanaşı qızılgül ləçəklərindən mürəbbə də bişirildiyini bilirik. Bunun necə hazırlandığını öyrənmək üçün ailə təsərrüfatı sahiblərindən Ləman Məmmədovaya müraciət etdik. Onun dediklərindən: - Qızılgül ləçəklərindən hazırlanan mürəbbə orqanizm üçün çox faydalıdır. Əvvəlcə onun ləçəkləri yığılıb yuyulur. Ləçəklərin dib tərəfindəki ağ hissəsi kəsilib atılır. Sonra 1 kiloqram qızılgül ləçəyini 10 kiloqram şəkər tozunun, 4 litr su ilə qaynadıldığı şirəyə tökülür. 15 dəqiqə qaynatdıqdan sonra odun üzərindən götürülüb yun adyala bükülür və bir gün saxlanılır. Sonra bankalara doldurulur. Onu da qeyd edim ki, gülü çox qaynatmaq olmaz. Az qaynadılanda onun ətri də özü ilə birlikdə qalır. Həm də mürəbbə quru olmur. Bundan əlavə qızılgül ləçəkləri qurudularaq şüşə qabda saxlanılır və onu iyləmək xoş əhval yaradır. Qızılgül ləçəklərinin üzərinə su əlavə edərək ağarana qədər gözləyir, sonra süzürlər. Alınan gül suyundan gündə 4-5 dəfə və hər dəfə yarım stəkan içmək əhval-ruhiyyəni yaxşılaşdırır. Kiçik şüşə qabın içərisinə gülün ləçəkləri qoyulur, üzəri duzlanaraq qapağı bağlanır, onun ətrini duymaq üçün qapağı açaraq şüşəni yüngülcə tərpətmək kifayətdir. Bu zaman söhbətə başqa bir ailə təsərrüfatçısı Nazirə xanım qoşulur. Qızılgül ləçəyindən hazırlanan gülqənd haqqında məlumat verir: - Yaxşı xatırlayıram. Nənəm hər il qızılgül ləçəyini yığıb şəkər tozu ilə ovcalayardı. O vaxta qədər ki, onlar bir-birinə tam qarışardı. Sonra onları bankalara yığardı. Hazırlanan məhsulu 7 il saxlayandan sonra istifadə edərdilər. Onun çox müalicəvi əhəmiyyəti olduğunu deyərdi. Biz də indi bu ənənəni davam etdirərək min bir dərdin dərmanı olan gülqəndi hazırlayırıq.

 

Təhminə YAVƏRQIZI

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930