SON DƏQQƏ

naxcivanxeberleri.com

Cənnətməkanın gül-çiçəkli zirvəsi

Cənnətməkanın gül-çiçəkli zirvəsi
24-05-2020, 15:50

Baharın ilıq nəfəsi çöllərə, çəmənlərə xoş ətirli bir təravət, gözəllik, füsunkarlıq gətirib. Hər zaman hüsnünə, yaraşığına nəğmələr qoşulan, şeirlər söylənən “Qeyrət Qalası” yurdumuz, gül-çiçəklər içərisində daha da əlvanlaşıb. Xüsusən kövrəkliyini bahar müjdəli bənövşədən, rəngini qızılgüldən alan al-qırmızı lalələr yoldan keçənləri belə ayaq saxlamağa vadar edir, bir an ana təbiətin bu gözəlliyindən zövq almağa səsləyir. Rayonumuzun dörd bir yanında yamyaşıl çəmənliklərdə boy verən lalələr yerli sakinlərlə bərabər bura təşrif buyuran qonaqların da, yaradıcı insanların da diqqətini cəlb edir. Burada böyüklər, gənclər və uşaqlar fotoşəkillər çəkdirir, lalə romantikasının maraqlı məqamlarının sevincini yaşayır, təbiətin sehrinə düşərək valehedici mənzərəni doya-doya seyr edirlər. Hərdən yaddaşımıza həkk olunan nəğmələrin zümzüməsini eşidirik. …Bəli bu kövrək notlarla yazmağa başladım. Gözəlliklər və bu gözəlliyin mərkəzində yer alan lalələr. Xeyli zamandır ki, yağışlı günlər yaşadıq. Havaların da isti keçməsilə gözəl yurdumuz al-əlvan rəngə boyanıb. Hər tərəf yamyaşıl olub. Rayonumuzun simasına xüsusi gözəllik verən, hamımızın tanıdığı Qırmızılar dağının ətəkləri tamamilə laləyə bürünüb. Bu dağ hər gün gedib- gəldiyimiz yolun kənarında yerləşir. Ucubiz dağı ilə Miltəpəni birləşdirən bu təpələr, yazın təravətli günlərini yaşayaraq xüsusi gözəllik bəxş edib. Bu zirvələr Vətəni qoruyan oğullarla birgə sinəsini düşmənə sipər edib. Neçə-neçə Şəhid qanı ilə islanıb. Bu günkü mənzərə, bu laləlik, sanki rəngini də elə Şəhid qanından alıb. Mərd, igid eloğlularının yurd yeridir, bu yerlər. Daşında, qayasında məskən salan igidlərimiz, bu yurdu bizə ərmağan edib. Ona görə bu gün müsair rayonumuzun nəinki parkları, gülkarlıqları, yol kənarları, hətta gördüyümüz dağları belə gül-çiçəyə bürünüb.

 

Sərxan YAQUB

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930