SON DƏQQƏ

naxcivanxeberleri.com

Tələbələrdən təhsil haqqı tələbi ilə bağlı Ceyhun Bayramov AÇIQLAMA verdi

Tələbələrdən təhsil haqqı tələbi ilə bağlı Ceyhun Bayramov AÇIQLAMA verdi
23-05-2020, 11:36

Təhsil naziri Ceyhun Bayramov bəzi universitetlər tərəfindən tələbələrdən təhsil haqqının tələb edilməsinə münasibət bildirib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, C.Bayramov deyib ki, pandemiya dövründə tələbələrin məsafədən bilik əldə etməsi üçün bütün işlər ali təhsil müəssisəsinin işçiləri tərəfindən görülüb. Məktəblər tərəfindən qısa müddətdə məzmunun çatdırılması üçün elektron xidmətlər göstərilib:

"Ona görə də təhsil haqqının tələb edilməsini normal qəbul etməliyik. Bu işlərin hamısını məktəblərin professor-müəllim heyəti, orada çalışan texniki heyət təqdim edib. Bir çox hallarda onlar üçün məsafədən məzmunun təqdim edilməsi ənənəvi formada təqdim edilmədən daha çətin olur. Çünki ənənəvi formada məzmunun təqdim edilməsi onların uzun illər ərzində öyrəşdikləri ünsiyyət formatıdır. Amma onlayn fomada məzmunun çatdırılmasının özünün özəlllikləri, standartları var.

Bu halda məzmun yığcam təqdim edilməli, interaktivlik formatı olmalıdır. Bu işlər davamlı olaraq görülüb. Əgər bu işlər görülməsəydi, 100 minlərlə tələbəmiz onlayn dərslərə cəlb edilə bilməzdi. Mən deyə bilmərəm ki, ali məktəblərdə çalışan insanların iş həcmi azalıb. Əksinə bu iş onlar üçün daha mürəkkəb olub. Çünki onlar öyrəşdikləri formatdan daha fərqli formatda fəaliyyət göstərirlər".

Qeyd edək ki, pandemiya ilə əlaqədar Azərbaycanda martın 3-dən ölkənin bütün təhsil müəssisələrində təlim-tədris prosesi dayandırılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930