SON DƏQQƏ

naxcivanxeberleri.com

Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi qaydası təsdiqlənib

Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi qaydası təsdiqlənib
22-05-2020, 20:36

Nazirlər Kabineti “Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası”nı təsdiq edib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Bu Qayda “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci və 58-ci maddələrinin ikinci hissələrinə əsasən hazırlanıb.

Ekoloji ekspertizanın əsas məqsədi ekoloji ekspertiza obyektlərinin ətraf mühitə və insan sağlamlığına birbaşa və ya dolayısilə mənfi təsirinin və onlarla bağlı nəticələrin aşkar edilməsi, qarşısının alınması və proqnozlaşdırılmasından, qəbul olunan qərarların ekoloji təhlükəsizlik dərəcəsini və ətraf mühitin mühafizəsi üzrə tədbirlərin səmərəsini müəyyən etməkdən ibarətdir.

Ekoloji ekspertiza dövlət və ictimai ekoloji ekspertiza formalarında həyata keçirilir.

Bu Qaydada istifadə olunan əsas anlayışlar “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan mənaları ifadə edir.

Sənədlə dövlət ekoloji ekspertizasının həyata keçirilməsi, ictimai ekoloji ekspertizanın təşkili və həyata keçirilməsi də müəyyən edilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930