SON DƏQQƏ

naxcivanxeberleri.com

Babək rayonunda əmək yarmarkası keçirilib-FOTO

Babək rayonunda əmək yarmarkası keçirilib-FOTO
22-05-2020, 19:15

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaradıb, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin güclənməsinə geniş imkanlar açıb, sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluq imkanları artırılıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Dövlət Proqramının icrası ilə əlaqədar, ilin əvvəlində muxtar respublikanın əmək bazarı təhlil edilib, vergi orqanlarında qeydiyyatdan keçmiş işəgötürən fiziki və hüquqi şəxslər haqqında məlumatlar dəqiqləşdirilib, müəssisələr tərəfindən vakansiyalar haqqında hesabatların təqdim edilməsinə nəzarət məqsədi ilə sahibkarlıq subyektində monitorinqlər keçirilib, boş iş yerlərinin toplanması təmin edilib. Görülən bu işlərlə yanaşı, muxtar respublikada işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin olunması istiqamətində əmək yarmarkalarının təşkili də diqqət mərkəzində saxlanılır.

         May ayının 22-də Babək rayonunda keçirilən əmək yarmarkasında  işaxtaranlara 8-i dövlət və 18-i özəl sektor olmaqla, ümumilikdə 26 müəssisədən 142 boş iş yeri  təqdim edilib. Boş iş yerlərindən 93-ü dövlət, 49-u isə özəl müəssisələri əhatə edib. Qeyd edək ki, əmək yarmarkasında  32 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub.

Babək rayonunda əmək yarmarkası keçirilib-FOTOBabək rayonunda əmək yarmarkası keçirilib-FOTO
Babək rayonunda əmək yarmarkası keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930