SON DƏQQƏ

naxcivanxeberleri.com

Bu gecə Türkiyədən gətiriləcək 135 nəfər Azərbaycan vətəndaşı karantin zonalarına yerləşdiriləcək

Bu gecə Türkiyədən gətiriləcək 135 nəfər Azərbaycan vətəndaşı karantin zonalarına yerləşdiriləcək
22-05-2020, 18:28

Xarici ölkələrlə sərhəddə qalan vətəndaşların gətirilməsi ilə bağlı işlər davam etdirilir. Bu gecə Türkiyədən 135 nəfər gələcək və karantin zonalarına yerləşdiriləcək.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, vətəndaşlarımızın xüsusi çarter reysi ilə gətirilməsi mərhələli davam edir: "Rusiya-Azərbaycan səRhədində toplaşanlar hər iki ölkənin nəzarətindədir. Bununla bağlı işlər gedir. Mayın 19-da 120 nəfər Azərbaycana gətirilib. Bu karantin yerindən asılıdır. Karantin yerləri olduqca vətəndaşlar gətirilir. "Evə gedirəm" portalından müraciət edənlərlə bağlı gələn həftə xüsusi çarter reysi gözlənilir. Vətəndaşlar bu portala müraciət edərsə, onlar da gətirilə bilər. Dağıstanda toplaşanlar, həmçinin özləri üçün də təhlükə yaradırlar. Ölkəyə gələnlərin 30 faizində koronavirus aşkarlanır. Beynəlxalq uçuşlarla bağlı xüsusi proqram hazırlanır. İlk uçuş Naxçıvana olacaq. Amma xarici ölkələrə də uçuşlar iyunun 15-dən sonra ola bilər".

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930