SON DƏQQƏ

22:53 - Mövlud Çavuşoğlu: “Ermənistan ağlını başına yığsın”

22:34 - ABŞ İrana və Maduroya qarşı yeni sanksiyalar tətbiq edib

22:01 - Rəcəb Tayyib Ərdoğan: Ermənistanın Azərbaycan torpaqlarına hücumlarının qarşısının alınmaması dünyada riyakarlığın əsl nümunəsidir

21:53 - Xarici dövlətlərin ixtisaslarının tanınması qaydası dəyişib

21:25 - Xarici İşlər Nazirliyinin Kollegiyasının yeni tərkibi təsdiqlənib

21:13 - Sentyabrın 22-si üçün teledərslərin cədvəli açıqlanıb

20:43 - Görkəmli bəstəkarın Naxçıvan sevgisi

20:23 - Prezident İlham Əliyev: Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmiş və son 17 ildə ümumi daxili məhsul üç dəfə artmışdır

20:09 - Prezident İlham Əliyev: Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır

19:43 - Azərbaycan Prezidenti: Bu gün davam edən COVID-19 pandemiyası multilateralizmin əhəmiyyətini bir daha nümayiş etdirir

19:35 - Prezident İlham Əliyev: Bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmətə ehtiyacı var

19:27 - Dövlət Xidməti: Ehtiyatda olan hərbi vəzifəlilərin çağırılması heç bir təşviş üçün əsas vermir

19:18 - Kriştianu Ronaldunun adı futbol akademiyasına verildi

18:57 - Tac Mahal hələlik gündəlik maksimum 5 min turist qəbul edə biləcək

18:39 - Qəhvəyi düyü xərçəng və ürək xəstəlikləri riskini azaldır

naxcivanxeberleri.com

Tələbələrlə növbəti onlayn tədbir keçirilib

Tələbələrlə növbəti onlayn tədbir keçirilib
22-05-2020, 15:00

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə  fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri ilə onlayn tədbir keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə fakültənin dekanı Əşrəf Ələkbərov açaraq qeyd etmişdir ki, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 03 aprel tarixli Sərəncamının icrası diqqətdə saxlanılmaqla hami təşkilat və universitetin tələbələri arasında mütəmadi görüşlər təşkil edilir. Bu günkü onlayn tədbirin də əsas məqsədi tələbələrin startap layihələrinin hazırlanması və təqdimatı sahəsindəki bilik və bacarıqlarını daha da artırılmasına xidmət edir.

Naxçıvan Muxtar Respublikası  Ədliyyə Nazirliyinin əməkdaşı Səttar Zamanov “Bələdiyyə fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi” mövzusunda çıxış edərək tələbələrə geniş məlumat vermişdir. Qeyd etmişdir ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi qanunla müəyyən edilir. Qanuna görə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Bu sahədə nazirliyin əsas vəzifələrindən biri də bələdiyyələrin işinin təşkilinə kömək etmək və onlara metodolji yardım göstərmək, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirməkdir. İnzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aktların bir surətini həmin aktların qəbul edildiyi andan 15 gündən gec olmayaraq  inzibati nəzarəti həyata keçirən orqana göndəməlidirlər.

        Sonra tələbələrə nazirliyə bələdiyyələr tərəfindən daxil olan aktlar, qərarlar, protokollar, sorğular barədə ətraflı məlumat verilmiş, sənəd nümunələri əyani şəkildə nümayiş etdirilmiş, sənədlərin qeydiyyatı proseduru izah edilmişdir.

Sonda inzibati nəzarətin aparılması qaydaları barədə tələbələri maraqlandıran suallar cavablandırılmış, müzakirələr aparılmışdır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930