SON DƏQQƏ

naxcivanxeberleri.com

Kəngərli rayonunda yanğınsöndürənlərin peşə hazırlığının artırılması diqqətdə saxlanılır-FOTO

Kəngərli rayonunda yanğınsöndürənlərin peşə hazırlığının artırılması diqqətdə saxlanılır-FOTO
22-05-2020, 16:44

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin iş planına uyğun olaraq Kəngərli rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsində “Gündəlik həyat fəaliyyətinin təmin edilməsi, yanğınsöndürmə xidmətinin təşkili və aparılması” mövzusunda nümunəvi məşğələ keçirilib.

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, məşğələnin əsas məqsədi növbələrin dəyişdirilməsi, növbətçi yanğınsöndürmə xidmətinin aparılması, yanğınsöndürmə texnika və avadanlıqlarına texniki qulluğun göstərilməsi zamanı nizamnamələrin tələblərinə uyğun fəaliyyəti təşkil etmək, şəxsi heyətin peşə hazırlığı səviyyəsini artırmaq məqsədilə yanğın xilasetmə hazırlığı üzrə normativləri yerinə yetirmək bacarıqlarını təkmilləşdirməkdən ibarət olub.

Məşğələnin planına uyğun olaraq ilk növbədə növbətçi yanğınsöndürmə xidmətlərinin yerbəyerinin keçirilməsi qaydası məşq etdirilib, fiziki idman hazırlığı üzrə çalışmalar yerinə yetirilib, şəxsi heyətdən yanğın xilasetmə hazırlığı üzrə normativlərin təlimata uyğun qəbul olunması təmin olunub. Daha sonra növbətçi yanğınsöndürmə xidməti rəisləri tərəfindən xidməti sənədlərin işlənilməsi, radio rabitə vasitələri ilə danışıq qaydaları, radiotelefonçulara aid sənədlərin işlənilməsi şəxsi heyətə çatdırılıb, şəxsi heyətin “Həyəcan” siqnalı ilə qaldırılması əyani şəkildə məşq etdirilib. Təlimdən və yanğından sonra yanğınsöndürmə avtomobillərinə, yanğın-texniki vasitələrinə texniki qulluğun göstərilməsi, yol vərəqlərinin düzgün doldurulması üzrə aidiyyəti vəzifəli şəxslərin vəzifə borclarının yerinə yetirilməsi qaydası şəxsi heyətə öyrədilib. Eyni zamanda şöbədə olan maddi vəsaitlərin uçotunun aprılması, aylıq, rüblük və illik üzləşmələrin aparıması, anbara mədaxil və məxaric olunan əşya-əmlaklarının qeydiyyatının aparılması üzrə anbar rəislərinin nəzəri bilikləri təkmilləşdirilib.

Yekunda döyüş və peşə hazırlığının artırılması istiqamətində tövsiyə və tapşırıqlar Kəngərli rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin şəxsi heyətinə çatdırılıb.

Kəngərli rayonunda yanğınsöndürənlərin peşə hazırlığının artırılması diqqətdə saxlanılır-FOTO

Kəngərli rayonunda yanğınsöndürənlərin peşə hazırlığının artırılması diqqətdə saxlanılır-FOTO
Kəngərli rayonunda yanğınsöndürənlərin peşə hazırlığının artırılması diqqətdə saxlanılır-FOTO
Kəngərli rayonunda yanğınsöndürənlərin peşə hazırlığının artırılması diqqətdə saxlanılır-FOTO
Kəngərli rayonunda yanğınsöndürənlərin peşə hazırlığının artırılması diqqətdə saxlanılır-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930