SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycan Rusiyadan 144 min tona yaxın şəkər alıb

Azərbaycan Rusiyadan 144 min tona yaxın şəkər alıb
21-05-2020, 19:21

2019-cu ilin avqustundan başlayan və 2020-ci ilin iyul ayında yekunlaşacaq kənd təsərrüfatı ilində bu ilin mayın 10-dək Azərbaycan Rusiyadan 143,6 min ton şəkər alıb.

NAXCİVANXEBERLERİ.COM Rusiya Kənd Təsərrüfatı Nazirliyi yanında Aqroanalitika Mərkəzinə istinadən verdiyi məlumata görə, qeyd edilən müddət ərzində ümumilikdə Rusiyadan xarici ölkələrə 1,005 mln ton şəkər ixrac edilib. Bu daha əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,7 dəfə çoxdur.

İlkin məlumatlara əsasən, bu həcmlərin 496,3 min tonu bu təqvim ilində tədarük edilib. Daha dəqiq məlumatlar isə bir qədər sonra açıqlanacaq.

Mərkəzdən qeyd ediblər ki, xaricə tədarük edilən Rusiya şəkərinin həcmləri cari kənd təsərrüfatı ilində ölkə tarixində rekord göstərici olub.

Belə ki, Rusiya şəkərinin alışında ilk yeri Özbəkistan tutur. Bu ölkə qeyd edilən müddət ərzində 163,4 min ton şəkər alıb. Sonrakı yeri Qazaxıstan (156,6 min ton), Azərbaycan (143,6 min ton), Tacikistan (119,1 min ton), Ukrayna (67 min ton) və Belarus (47,9 min ton) tuturlar.

Qeyd edilən ölkə ümumilikdə 697,6 min ton şəkər alışı həyata keçiriblər ki, bu da Rusiyanın ümumi şəkər ixracının 79,6%-nə bərabərdir.

Bu arada, aprelin 13-dən mayın 10-na qədərki tarixdə ixrac illik nisbətdə 64,5% artaraq 124,6 min ton təşkil edib. Xüsusilə bu dövr ərzində Azərbaycan Rusiyadan 42,35 min ton, Özbəkistan isə 23,3 min ton şəkər idxal edib.

Bundan başqa, cari kənd təsərrüfatı ilində Rusiya ilk dəfə olaraq Livana şəkər tədarükünə başlayıb. Bu ölkəyə 4,7 min ton məhsul ixrac edilib.

Qeyd edək ki, Rusiyadan ixrac edilən şəkər həcmləri əsasən Krasnodar, Lipetsk, Kursk və Belqorod vilayətləri həyata keçirib. 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930