SON DƏQQƏ

naxcivanxeberleri.com

Sosial könüllülər və Sosial iş ixtisası üzrə təhsil alan tələblərlə onlayn görüş keçirilib

Sosial könüllülər və Sosial iş ixtisası üzrə təhsil alan tələblərlə onlayn görüş keçirilib
21-05-2020, 15:00

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Sosial könüllülər və Sosial iş ixtisası üzrə təhsil alan tələbələr ilə video-formatda görüş keçirilib.

 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbirdə çıxış edən  Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi  naziri Nicat Babayev sosial könüllülük layihəsinin əhəmiyyətindən danışıb, qeyd edib ki, dünyada elan olunmuş pandemiya ilə əlaqədar, xüsusi karantin dövründə keçirilən tədbirlərdə sosial könüllülərin fəaliyyəti, onların tənha yaşayan ahıllar və sağlamlıq imkanları məhdud şəxslərə göstərilən xidmətlərdə yaxından iştirakı bir daha təsdiq edir ki, sosial könüllülük prinsipləri istənilən cəmiyyətin formalaşmasında, inkişafında çox önəmli amildir. Muxtar respublikada geniş vüsət alan bu fəaliyyət bilik, vətənpərvərlik və dövlətçilik kimi anlayışları özündə ehtiva edən ən gözəl nümunədir. Nazir əlavə edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəs­si­sələrində ixtisasların müvafiq təş­ki­lat­lara hamiliyə  verilməsi haq­qında” Sərəncamının icrası məq­sə­dilə Nax­çı­van Dövlət Universitetinin sosial iş ixtisası üzrə təhsil alan tələbələrlə görüşlərin, seminarların  keçirilməsi,  Na­zirliyin və onun tabeliyində olan sosial xidmət müəssisələrinin fəaliyyəti ilə tanışlığının təşkili də hər il davam etdirilir. Bu məqsədlə ötən dövr ərzində Nazirlik tərəfindən müvafiq ali təhsil müəssisəsi ilə əlaqələr genişləndirilib, “Sosial iş” ixtisası üzrə təhsil alan tələbələrin istehsalat təcrübələrini nazirlikdə və tabeli qurumlarda keçməsi təmin edilib. Daha sonra çıxış edən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev isə bildirib ki, 2020-ci il ölkə başçısı cənab prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə “Könüllülər ili” elan edilib.

Naxçıvan Muxtar Respublikasında da son illər könüllülük fəaliyyətləri geniş vüsət almış, bir çox idarə və müəssisələrin tərkibində könüllülük prinsipləri ətrafında yüzlərlə gənc toplanmışdır. Artıq sevindirici haldır ki, gənclərimiz bu mənəvi proses ətrafında sıx birləşir, öz potensialları ilə bu hərəkata dəstəklərini göstərirlər.

Naxçıvan Muxtar Respublikası Gənclər Fondu da Naxçıvan gənclərinin könüllülük prinsipləri ətrafında birləşməsi üçün 2018-ci ildən müxtəlif dövlət qurumları ilə birgə 4 böyük könüllük platforması yaratmışdır. Bu platformaların içində isə “Sosial Könüllülük” çox rəğbət qazanan və tələb olunan layihələr içindədir. Könüllülərdən Alsu Məmmədli çıxış edərək, yaradılan şəraitə görə gənclər adından minnətdarlığını bildirib.

Tədbirin davamında, xüsusi karantin dövründə keçirilən tədbirlərdən hazırlanmış video-çarx nümayiş etdirilib.

Qeyd edək ki, sosial könüllülər və Sosial iş ixtisası üzrə təhsil alan tələbələr ilə keçirilən onlayn görüşdə ötən dövr ərzində həyata keçirilmiş tədbirlər və qarşıdakı dövr ərzində görüləcək işlərin müzakirəsi aparılıb. Eyni zamanda, görüşdə gənclər tərəfindən təqdim edilən startap layihələrinin Nazirlikdə yaradılmış Ekspert Qrupunun üzvləri tərəfindən tədbirin sonunda xüsusi karantin dövründə keçirilən tədbirlərdə fəal iştirak etmiş könüllülər mükafatlandırılıblar.

Sosial könüllülər və Sosial iş ixtisası üzrə təhsil alan tələblərlə onlayn görüş keçirilib
Sosial könüllülər və Sosial iş ixtisası üzrə təhsil alan tələblərlə onlayn görüş keçirilib
Sosial könüllülər və Sosial iş ixtisası üzrə təhsil alan tələblərlə onlayn görüş keçirilib

        

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930