SON DƏQQƏ

naxcivanxeberleri.com

“Ölülər və Dəlilər” tamaşası onlayn formatda təqdim edilib

“Ölülər və Dəlilər” tamaşası onlayn formatda təqdim edilib
20-05-2020, 17:47

Dünən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında görkəmli demokrat Cəlil Məmmədquluzadənin dram əsərləri əsasında hazırlanmış “Ölülər və Dəlilər” tamaşasıonlayn formada izləyicilərətəqdim olunub. 

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, böyük demokratın “Ölülər”, “Dəli yığıncağı”, “Ər” komediyaları və “Anamın kitabı” dram əsəri əsasında hazırlanan “Ölülər və dəlilər” tamaşasının ssenari müəllifi AzərbaycanRespublikasının Əməkdar artisti Tofiq Seyidovdur. Tamaşada ədibin 4 pyesindəki obraz və personajlar səhnəyə gətirilib.

Səhnə əsərindəproblemlərə dəlilik, dirilik, ölülük kontekstindən yanaşmaq təkcə milli yox, həm də qlobal xarakter daşıyır və sonda “Həqiqi ölü və dəli kimdir?” sualına cavab tapmağa kömək edir. 
Tamaşada Azərbaycan Respublikasının Xalq artisti Həsən Ağasoy, Azərbaycan Respublikasının Əməkdar artistləri Tofiq Seyidov, Əli Əliyev, Bəhruz Haxverdiyev, Əbülfəz İmanov və teatrın gənc yaradıcı qüvvələri rol alıblar. Uğurlu səhnə əsərinin quruluşçu rejissorları, Azərbaycan Respublikasının Əməkdar artistləri Tofiq Seyidov, Nurbəniz Niftəliyeva, quruluşçu rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Ariz Ağayev, rejissor asisstenti Zakir Fətəliyevdir.
Qeyd edək ki, Naxçıvan Dövlət Televiziyasının efirində və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin internet resurslarında canlı yayımlanan tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930