SON DƏQQƏ

naxcivanxeberleri.com

Şagirdlərə attestatların verilməsi ilə bağlı AÇIQLAMA

Şagirdlərə attestatların verilməsi ilə bağlı AÇIQLAMA
20-05-2020, 11:30

Azərbaycanda orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərinin şagirdlərinə attestatların nə zaman veriləcəyi bəlli deyil.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdirinin müavini Orxan Abbasov deyib.

Onun sözlərinə görə, buraxılış sinif şagirdlərinə attestatların verilməsi daha çox buraxılış imtahanlarının keçiriləcəyi vaxtdan asılıdır:

“Bu məsələdə əsas qurumlardan biri Dövlət İmtahan Mərkəzidir. Çünki buraxılış imtahanı onlar tərəfindən həyata keçirilir. Təbii ki, şagirdlərin növbəti pillədə təhsilini davam etdirməsi üçün bu sənədin olması tələb edilir. Ancaq valideynlərin də təşvişə düşməsinə ehtiyac yoxdur. Bütün məsələlər nəzərə alınır və bunun əsasında növbəti mərhələ üçün addımlar planlaşdırılır. Baş verəcək bütün proseslər barədə ictimaiyyətə ətraflı məlumat veriləcək. Əsas olan budur ki, bu məsələ şagirdlərin təhsilini davam etdirməsi üçün heç bir maneə yaratmayacaq”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930