SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan şəhərində virus infeksiyalarına qarşı genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir-FOTO

19-05-2020, 20:53

Virus infeksiyalarına qarşı mübarizə tədbirləri ilə əlaqədar olaraq ötən gün olduğu kimi may ayının 19-da da Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xüsusi qurğularla təchiz edilmiş yanğınsöndürmə avtomobilləri vasitəsilə Naxçıvan şəhərində avtomobil yolu və səkilər daxil olmaqla 310 min m2 sahə, eləcə də təyin olunmuş dezinfeksiya qrupları tərəfindən Heydər Əliyev muzeyinin və Naxçıvan Dövlət Musiqili Dram Teatrının ətrafı, Saat qülləsi, Əlahiddə Ümumqoşun Ordunun hərbi şəhərciyi və 52-ci məhəllədə yerləşən parklar dezinfeksiya edilmişdir.

Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, həmçinin Dövlət Baytarlıq Xidmətinin xüsusi təyinatlı dezinfeksiya avtomobilləri və dezinfeksiya qrupları cəlb olunmaqla Atabəylər məhəlləsi,  Heydər Əliyev  prospekti, İstiqlal və Sabir küçlərində ümumilikdə 55 ictimai yaşayış binasının girişləri, ətrafı və zirzəmisi dezinfeksiya edilmişdir.

Bu tədbirlər çərçivəsində Naxçıvan şəhəri ilə yanaşı muxtar respublikanın digər rayon və şəhərlərində də dezinfeksiya işləri intensiv olaraq davam etdirilir.

Naxçıvan şəhərində virus infeksiyalarına qarşı genişmiqyaslı  dezinfeksiya işləri davam etdirilir-FOTONaxçıvan şəhərində virus infeksiyalarına qarşı genişmiqyaslı  dezinfeksiya işləri davam etdirilir-FOTO
Naxçıvan şəhərində virus infeksiyalarına qarşı genişmiqyaslı  dezinfeksiya işləri davam etdirilir-FOTO
Naxçıvan şəhərində virus infeksiyalarına qarşı genişmiqyaslı  dezinfeksiya işləri davam etdirilir-FOTO
Naxçıvan şəhərində virus infeksiyalarına qarşı genişmiqyaslı  dezinfeksiya işləri davam etdirilir-FOTO
Naxçıvan şəhərində virus infeksiyalarına qarşı genişmiqyaslı  dezinfeksiya işləri davam etdirilir-FOTO
Naxçıvan şəhərində virus infeksiyalarına qarşı genişmiqyaslı  dezinfeksiya işləri davam etdirilir-FOTO
Naxçıvan şəhərində virus infeksiyalarına qarşı genişmiqyaslı  dezinfeksiya işləri davam etdirilir-FOTO
Naxçıvan şəhərində virus infeksiyalarına qarşı genişmiqyaslı  dezinfeksiya işləri davam etdirilir-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930