SON DƏQQƏ

naxcivanxeberleri.com

AMEA Naxçıvan Bölməsində “Axtarışlar” jurnalı işıq üzü görüb

AMEA Naxçıvan Bölməsində “Axtarışlar” jurnalı işıq üzü görüb
19-05-2020, 16:51

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən nəşr olunan “Axtarışlar” jurnalının cari ilə olan ilk sayı işıq üzü görüb.

 

AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,jurnalda Naxçıvan Bölməsi ilə yanaşı, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, eləcə də digər elm və təhsil müəssisələrində çalışan əməkdaşların ədəbiyyatşünaslıq, folklorşünaslıq, dilçilik və sənətşünaslıq sahələrində apardıqları araşdırmaları işıqlandırılıb.

34 tədqiqat işinin yer aldığı yeni sayda “Xalq yazıçısı Hüseyn İbrahimov yaradıcılığı: söz və hikmət xəzinəsi”, “Naxçıvanın teatr fədailəri”, “Qacarlar dövrü qadın geyim ənənəsinin bədii xüsusiyyətləri”, “Naxçıvanda musiqi təhsili sisteminin inkişafı”, “Görkəmli bəstəkar Məmməd Məmmədov” və digər elmi məqalələr əksini tapıb.

Biblioqrafiya bölməsində isə tanınmış dilçi alim, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin 70 illik yubileyi ilə bağlı İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Hüseyn Həşimlinin “Görkəmli türkoloq alim” adlı məqaləsi yer alıb.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930